Page 111 - "Yeni söz"
P. 111
Analogiya-1 Feyziyyə. Şeirlər

Həyatı taleyə uduzan sayaq
uduzdun məni.
İnsanlar didərgin düşəndə itirdiklərini,
Sən məni uduzanda itirdin.
Köçkünlər haradan, necə,
nələri qoyub gəldiklərini
unutduqları qədər dəhşətli idi
məni unutmağın.
Xatirələr Xocalı şəhidlərinə bənzəyir,
Ölüsünün də bircə salamatı yoxdur –
başıkəsik,
beyni tökük,
dərisi soyulmuş,
gözləri oyulmuş.
Arzular urvatsız qazilər kimi
Çıxılmaz vəziyyətdədirlər –
Nə özləri ölə bilir,
Nə məni öldürə.
Müasir qəhrəmanlar
itirilmiş torpaqların adlarını
şadlıq saraylarına qoyduqları kimi
adımı qızına qoydun.
İndi mən
yaddaşında dəhşətli kadrlar olan,
heç kimin sevmədiyi
sənədli filməm.
Mənimçün hər gün
Şəhid xatirələrin anım gecəsidir,
Mənimçün hər yer Qarabağ,
Hər yol döyüş küçəsidir.

111
   106   107   108   109   110   111   112   113   114   115   116