Page 90 - Miisir
P. 90
Titi dedi:
– Necә? Başına iş gәlib? Hәncәl, Sisi, tez mәnimlә gәlin. Mәn Zulini axtarmağa
gedirәm.
Sisi Titiyә dedi:
– Titi, sәn evdә gözlә, Hәncәllә birlikdә onu axtararıq.
Titi dedi:
– Axı mәn evdә oturub gözlәyә bilmәrәm.
Hәncәl dedi:
– Yox, sәn bizi evdә gözlә, tezliklә bir xәbәrlә qayıdarıq.
Sisi dedi:
– Titi, sәn bizi evdә gözlә, biz tez qayıdacağıq.
Hәncәl sәmaya uçdu, Sisi dә ona baxa-baxa qaçmağa başladı.
Hәncәl sәmadan hәr yerә göz gәzdirdi. Ceyranın ovçu toruna düşdüyünü görәn
kimi Sisinin yanına gәlib:
– Sisi, tez mәnimlә gәl, dostumuz ovçu toruna düşüb, – deyәrәk sürәtlә uçmağa
baş ladı. Sisi onun dalınca qaçdı.
Hәncәl ovçu torunun yanında yerә qondu, sonra Sisi dә gәlib çatdı vә Hәncәlә
dedi:
– Mәn tez torun iplәrini gәmirәcәm, sәn dә әtrafa bax ki, gәlәn olsa, xәbәr
verәsәn.
Sisi var gücüylә torun iplәrini gәmirmәyә başladı. Torun iplәri qırıldı vә Zuli
tәlәdәn azad olub dedi:
– Çox sağ ol, Sisi, çox sağ ol, Hәncәl.
Dostlar birlikdә evә qayıtdılar. Yolda Hәncәl mahnı oxuyur, Sisi rәqs edir, Zuli
90
dә ora-bura qaçaraq oynayırdı.
Onlar Titini evdә görmәdilәr. Hәr yeri axtardılar. Hәncәl dedi:
– Titi evdә yoxdur.
Zuli dedi:
– Titi indi meşәdә mәni axtarır.
Sisi dedi:
– Titi ağıllıdır, ancaq çox asta, addım-addım gәzir. Mәn onun üçün nigaranam.
Gedirәm axtarmağa.
Hәncәl göyә qalxıb uçdu, Zuli ona baxa-baxa sürәtlә qaçdı, Sisi dә onların
ardınca.