Page 91 - Miisir
P. 91
Birazdan ovçunun torunun yanında idilәr. Gördülәr ki, Titi tora düşüb, ovçu da
torun yanında dayanıb ona baxır.
Zuli bir az fikirlәşib:
– Mәn әsәbiyәm, – dedi.
Hәncәl bir az fikirlәşib:
– Mәn çaşqınam, – dedi.
Sisi isә dedi:
– Mәnim Titini xilas etmәk üçün bir fikrim var.
Hәncәl ucadan dedi:
– Sisi, tez fikrini de.
Sisi dedi:
– Artıq günәş batıb, hәr yer qaranlıqdı. Hәrәmiz bir tәrәfdәn ovçuya yaxınlaşıb
qorxulu sәslәr çıxaraq, o, qorxub qaçacaq.
– Çox gözәl fikirdir, – Zuli dedi.
Hәncәl o tәrәfdәn yaxınlaşıb:
– Krav, krav, – deyә qışqırdı.
Sisi bu tәrәfdәn yaxınlaşıb:
– Mır-mır, – deyә qışqırdı.
Zuli dә başqa tәrәfdәn yaxınlaşıb:
– Hav, hav, – deyә qışqırdı.
Ovçu bu sәslәrdәn qorxub qaçdı. Sisi sürәtlә gedib torun iplәrini gәmirәrәk,
Titini xilas etdi.
Titi tordan azad olub dedi: 91
– Çox sağ olun, әziz dostlarım.
Dostların dördü dә evә qayıtdı.
Zuli gah qaçır, gah oynayırdı, Titi isә onun belinә minmişdi. Hәncәl göydә uça-
uça mahnı oxuyurdu. Sisi hamıdan qabaqda gedirdi. Evә çatandan sonra Sisini
dövrәyә alıb dedilәr:
– Yaşasın dostlar! Yaşasın birlik!