Page 89 - Miisir
P. 89

Dörd dost



               Titi adlı bir tısbağa meşәdә tәk-tәnha yaşayırdı, dostu yox idi. Bir gün dedi:
               – Aman Allah! Meşә çox böyükdür, vәhşi, qorxulu heyvanlarla doludur. Mәnsә
           burada tәk yaşayıram, mәnimlә oynayan, mәnә kömәk edәn heç bir dostum yoxdur.
               Tısbağa özünә dost axtarmağa başladı. Sisi adlı bir sıçan Titini görüb dedi:
               – Sәnә nә olub, meşәdә çaşqın gәzirsәn, nәsә itirmisәn?
               Titi cavab verdi:
               – Mәnimlә oynayacaq, mәnә kömәk edәcәk bir dost axtarıram.
               Sisi dedi:
               – Onda gәl dost olaq.
               Onlar birlikdә meşәdә gәzmәyә başladılar. Sisi Titiyә dedi:
               – Biz ikimiz dә zәifik, gәl özümüzә üçüncü dost axtaraq.
               Hәncәl adlı qarğanın yanına getdilәr. Sisi onun qarşısında dayanıb dillәndi:
               – Meşәdә özümüzә dost axtarırıq, bizimlә dost olmaq istәyәrsәn?
               Hәncәl dedi:
               – Әlbәttә ki, Sisi, әlbәttә ki, Titi.
               Sisi, Titi vә Hәncәl meşәdә birlikdә yollarına davam etdilәr. Uzaqda Zuli adlı bir
           ceyran görüb, dәrhal onun yanına getdilәr. Hәncәl dedi:
               – Qulaq as, Zuli! Meşәdә dost axtarırıq, bizimlә dost olmaq istәyirsәn?
               Zuli dedi:
               – Әlbәttә, istәyirәm. Titi, sәn evi qoruyarsan. Hәncәl, sәn bizә xәbәr gәtirәr -
           sәn, mәnsә Sisiylә gedib yemәk vә su axtararıq.                                                            89
               Günlәrin birindә Zuli evdәn çıxdı. Meşәdә otlayıb, su içdikdәn sonra oynamağa,
           ora-bura qaçmağa başladı. Yorulduqdan sonra öz-özünә:
               – Dostlarımı evdә qoyub gәlmişәm, – dedi vә tez evә qayıtmaq istәdi.
               Qayıdanda ov itlәri onun izinә düşdülәr, hәr tәrәfdәn qovub ovçunun toruna
           saldılar.
               Saatlar keçdi, ancaq Zuli hәlә evә qayıtmamışdı. Titi, Sisi vә Hәncәl dostları
           Zuli üçün nigaran idilәr. Sisi dedi:
               – Görәsәn, Zuli hardadı, o heç vaxt belә elәmәzdi.
               Hәncәl dedi:
               – Mәnә elә gәlir ki, başına bir iş gәlib.
   84   85   86   87   88   89   90   91   92   93   94