Page 87 - Miisir
P. 87
Mәn insanların hәr yerdә, hәr zaman bizә atdıqları zәhәrli vә zәrәrli mәddәlәrin
tәsirinin qarşısını almaq üçün bir iş görmәk istәdim. Qәrara gәldim ki, qardaşlarımla
birlikdә süzüldüyüm sutәmizlәmә stansiyasına gedim. Boruların içi ilә şәhәr şurası
sәdrinin evinәdәk getdim.
Sәdr sәhәr yuyunanda mәn onun qulağının dibindә dayanıb pıçıldadım:
– Çayı, kanalı, göllәri çirklәndirәn insanlar tullantıları bizim yanımıza atmamışdan
öncә tәmizlәmәlidirlәr, belә etsәlәr, tәmiz qalarıq.
Kişi mәnimlә razılaşıb dedi:
– Biz çirklәnmә mәnbәlәrini tәmizlәyәcәyik ki, çaya atılmamışdan әvvәl tәmiz ol-
sunlar.
Bu sözlәr mәni çox xoşbәxt, çox rahat elәdi. Düşündüm: “Bundan sonra tәmiz
olacağam vә insanlar, heyvanlar mәnә görә tәhlükәli xәstәliyә tutulmayacaqlar.
Mәn yenidәn hәyat mәnbәyi olacağam”.
87