Page 85 - Miisir
P. 85
Bir damla su häyata bärabärdir
Mәn bir damla suyam. Qardaşlarımla birlikdә Nil çayında yaşayırdım. Biz Misirә
uzun sәfәrdәn sonra gәlib çıxdıq. Şәhәrlәrdәn, meşәlәrdәn, sәhralardan ötüb-
keçdik. Bu әbәdi çayla sәfәrә görә çox xoşbәxt idik.
Bir gün milyonlarla sakini, saysız-hesabsız zavodları, evlәri vә dükanları olan
böyük bir şәhәrdәn keçirdim. Çayın sahilindә bir gәnc oturub hәyat yoldaşı ilә
söhbәt edirdi.
O, hәyat yoldaşından soruşdu:
– Görәsәn, bu çayın suyu övladlarımıza, nәvәlәrimizә içmәk, sәnayedә vә
әkinçilikdә işlәtmәk üçün kifayәt edәr?
Yoldaşı cavab verdi:
– Ruzini verәn Allahdır.
Gәnc dedi:
– Allah bizә fikirlәşmәk üçün ağıl verib. İnsanların sayı çoxalıb, sular isә әlli
ildәn bәri artmayıb.
Yoldaşı dedi:
– Bәs nә etmәk lazımdır?
Gәnc cavab verdi:
– Biz ailәmizi nizam-intizama salmalıyıq.
Yoldaşı onun fikri ilә razılaşdı. Mәn bu söhbәtdәn çox şad oldum. Öz-özümә
dedim: “Kaş bütün insanlar belә fikirlәşәydi”. 85
Qardaşlarımla birlikdә çayda üzәndә birdәn gördüm ki, balıqlar hirsli-hirsli, bo -
ğu la-boğula ora-bura vurnuxurlar.
Bacımdan bunun sәbәbini soruşanda sahildәki zavodu göstәrib dedi:
– Zavod çaya zәhәr vә parçalanan maddәlәrlә dolu qara su axıdır.
Mәn soruşdum:
– Bәs bunun әlacı nәdir?
Bacım dedi:
– Zәhәrli tullantılardır, bizim rәngimiz çirklәnәcәk vә zәhәrlәnmә nisbәtimiz
artacaq, insanlar da bizi içmәkdәn, bizdәn istifadә etmәkdәn imtina edәcәk.