Page 86 - Miisir
P. 86
Bacımla o yerdәn uzaqlaşmağa tәlәsdim vә balıqların tәnәffüs etmәlәri üçün
hava da olan oksigeni bir daha hәll etmәyә çalışdım. Ancaq balıqların bir hissәsi öl -
müş dü, bir hissәsi isә birtәhәr zavodun suya tullantılar axıtdığı yerdәn uzaqlaşa
bildi. Qәzәblәnib öz-özümә dedim: “Gәrәk mәn çayı qoyub buxarlanam ki, insan lar -
dan uzağa, sәmaya qalxam. Onlar mәni çirklәndirdilәr, rәngimi pis, iyimi xoşagәlmәz
etdilәr”. Günәş çıxandan sonra ondan istilik enerjisi alıb buxarlandım.
Külәk mәni yuxarı qovdu, әtrafımdakı buludların birinә girdim. Yerin vә dәnizlәrin
üstü ilә bir yerdәn başqa yerә aparıldım. Ancaq xoşbәxtliyim çox sürmәdi, bulud
mәni saxlaya bilmәdiyinә görә yağışla yerә düşdüm. Yerә düşәndә gördüm ki, çoxlu
zәhәrli qazlar, tozlar hәll edirәm. Tikililәrin üstünü, bitkilәrin yarpaqlarını islatdım,
bir hissәsini әridib, yandırdım vә bunu onlara etdiyim üçün çox kәdәrlәndim. Buna
görә dә fikirlәşmәyә başladım: “Mәn nә çayda, nә dә sәmada xoşbәxtәm, görәsәn,
daha nә etmәk olar?”
Әkini suvarmaq fikriylә torpağa düşdüm, ancaq torpaq sahibi mәnә vә qardaşlarıma
torpağı hәddindәn artıq çox verdi. Әkinçinin sәpdiyi gübrәlәri, dәrmanları özümlә
torpağın altına apardım vә qardaşlarımla birlikdә yenidәn çirklәndim. İndi insanlardan
tәlәb etmәliyik ki, bizi gündәlik hәyatlarında istifadә etdikdәn sonra tәmizlәsinlәr
ki, onların sağlamlıqlarını qoruyaq.
Çaşbaş qalmışdım… “Görәsәn, qardaşlarımla birlikdә haraya gedәk ki, çirklәnmәdәn
xilas olaq?”
Nәhayәt, tullantıları çaya axıdan insanlardan uzağa, yerin dibinә qaçmaq fikrinә
gәldim. Torpağın qatlarına nüfuz etdim, yolboyu yerin tәbәqәlәrindә olan duzları
86
әritdim vә bitkilәrin kökünә bu duzlardan bir qәdәr verdim. Qalan hissәsi isә yerin
tәbәqәlәrindә bir su mәcrasına çatanadәk mәnimlә qaldı.
Yerin altında saf su damcılarından olan qardaşlarımla xoşbәxt idim. Ancaq
görürdüm ki, yerin tәbәqәlәrini çirklәndirirәm. Bir halda ki, yerin altında hәrәkәt
etmәyә mәcburam, nә etmәli?!
Biz su nasosu olan su quyusuna çatdıq. Kәndli bir qadın içmәk vә pal-paltar yu -
maq dan ötrü qabını doldurmaq üçün bizi yuxarı qaldırmağa başladı. Sәhiyyә stan -
dartlarının icazә verdiyindәn daha çox duzlar, gübrәlәr vә dәrmanlar hәll etdiyimizә
görә o qadın bizi içmәdi vә yalnız yumaq işlәrindә istifadә etdi.