Page 93 - Miisir
P. 93

Dovşan Tutu vä nağara




               Ailә ata dovşan, ana dovşan vә on uşaqdan ibarәt idi. Ata dovşan tarlada sakit
           bir yer tapmışdı vә ailәsiylә birlikdә orada yaşayırdı. O, on övladının hәrәsinә bir
           sәnәt öyrәtmişdi. Ancaq Tutu kiçik olduğu üçün heç bir sәnәtdәn xәbәri yox idi.
               Ata dovşan yaşlanıb әldәn düşәndә övladlarını bir yerә yığıb dedi:
               – Әziz övladlarım, mәnә yaxşı qulaq asın. Hәr biriniz bir sәnәt öyrәnmisiniz,
           ancaq kiçik qardaşınız Tutu heç bir sәnәt bilmir. Bildiyiniz sәnәti ona da öyrәdin.
               Bala dovşanlar bir ağızdan dedilәr:
               – Bas üstә, ata.
               Böyük oğul pinәçi idi. Tarlada yaşayan heyvanlar üçün çox möhkәm vә gözәl
           ayaqqabılar tikib, ucuz qiymәtә satırdı.
               İkinci oğul dülgәr idi. Meşәdәki ağacları kәsib, onlardan qapı, pәncәrә, masa vә
           digәr ev әşyaları düzәldirdi.
               Üçüncü oğul rәssam idi. Gözәl rәsmlәr çәkib satırdı. Uşaqları çox sevir, bayram
           günlәrindә onlar üçün yumurtaların üzәrinә gözәl rәsmlәr çәkirdi.
               Dördüncü oğul dәmirçi idi. Tarlada işlәyәnlәr üçün dәmirdәn әşyalar düzәldirdi –
           bel, oraq, bıçaq, qayçı...
               Beşinci övlad bağban idi. Bütün günü bağda işlәyir, gözәl güllәr yetişdirirdi.

               Altıncı övlad cilaçı idi. Tarladaki evlәrin qarşısından keçәrәk: “cilaçı, cilaçı” –
           sәslәnirdi.
                                                                                                                      93
               Yeddinci övlad qıfıl vә açar düzәldir, köhnәlәri tәmir edirdi. Tarlada evlәrin
           arasında gәzәrәk: “köhnә qıfıl tәmir edirәm, köhnә açar tәmir edirәm” – qışqırırdı.
               Sәkkizinci övlad balıqçı idi. Hәr gün çaya gedib, ya qarmaqla, ya da torla balıq
           tutur, tarlada yaşayanlara satırdı.
               Doqquzuncu övlad mahir aşpaz idi. O, cürbәcür yemәklәr bişirir, yaxşı süfrә bә -
           zә yirdi. Tarladakılar deyirdi:
               – Afәrin, tarlada әn gözәl aşpazdır!
               Nәhayәt, onuncu övlad Tutudur. Atası yaşlanıb öldü, ancaq ona heç bir sәnәt
           öyrәdә bilmәdi. Anası ona nәsihәt edәrәk deyirdi:
   88   89   90   91   92   93   94   95   96   97   98