Page 97 - Miisir
P. 97

Duqduq dedi:
               – Mәn bunu itin arxasınca qaçan şirdәn eşitmişәm. İt dә onun qarşısında qorxu
           içindә qaçırdı.
               Daşadöyәn güldü vә uçaraq Duqduqdan uzaqlaşdı.
               İt quyruğunu yuxarı qaldırıb gedirdi, ağzında uzunqulağın boynundan oğurladığı
           kiçik zınqırovu aparırdı. Zınqırov cingildәyirdi:
               – Trın, trın, trın!
               Daşadöyәn itә yaxınlaşıb onun quyruğuna oturdu vә qışqırdı:
               – Haa, haa, uuuuh.
               İt diksindi, qorxudan qaçaraq dedi:
               – Yetişiiiin, şir, şir!
               Daşadöyәn xeyli gülәndәn sonra uçub-getdi.
               Dostların hamısı Duqduqun әtrafına yığışmışdı, hamısı bu zarafata gülürdü.
           Duqduq da gülәrәk deyirdi:
               – Böyük nә qәdәr böyük olsa da, ondan da böyüyü tapılar. Güclü nә qәdәr güclü
           ol sa da, ondan da güclüsü tapılar.












                                                                                                                      97
   92   93   94   95   96   97   98   99   100   101   102