Page 102 - Miisir
P. 102
Duqduq vä siçan Zaza
Duqduq yuxudan oyananda ağrıdan qışqırdı:
– Ayy... Ah, ayağım!..
Gәmirici siçan Zaza Duqduqun ayaqları altında dayanaraq, onun ayaqqabısından
yapışmışdı. O, tәәccüblә Duqduqa baxaraq sakit-sakit deyirdi:
– Duqduq, mәn sәnin ayağını dişlәmәk istәmirdim, sәnin bu gözәl ayaqqabını
ayağından çıxarmaq istәyirdim!
Duqduq heyrәtlә sәslәndi:
– Bәli, bәli! Bu, açıq-aşkar oğurluqdu... Bu da mәnim ayaqqabımdı.
Zaza astadan dedi:
– Bәli, sәnin ayaqqabın idi, ancaq indi mәnim oldu... İcazәnlә, mәn gedim, ay
Duqduq!
Duqduq siçan Zazanın yuvasına tәrәf çәkdiyi ayaqqabıya baxaraq qışqırdı:
– Bu, siçan ayaqqabısı deyil, mәnim ayaqqabımdır!
Zaza dillәndi:
– Bilirәm, siçan ayaqqabısı deyil, ancaq mәn onu satıb, әvәzindә siçana uyğun
olan çoxlu ayaqqabı alacam... Hәr gün birini geyinәcәm.
Bu zaman Duqduq hay-küy salmağa başladı:
– Kömәk edin... Siçan Zaza ayağımı dişlәdi, ayaqqabımı da oğurladı! Kömәk ediiiin!
Dostlar onun әtrafına toplaşdı, aralarında bәrk tullanan pişik dә vardı. Zabit
102
paltarı geyinmiş bu pişik durbini ilә siçan Zazanın yuvasına tәrәf baxıb gördü ki,
onun quyruğu yuvadan çöldә qalıb. O, bircә sıçrayışla siçanın quyruğunu tutdu.
Quyruq pişiyin әlindә qıvrılır, siçan Zaza isә pişiyә yalvarırdı ki, quyruğunu ona
qaytarsın.
Pişik dedi:
– Ay siçan... Quyruğunu istәyirsәnsә, tez get mәnә bir stәkan süd gәtir!
Gәmirici siçan Zaza dedi:
– Baş üstә, qulluğunda hazıram, ay pişik.
Qarğa sağılan inәyin belindә dayanıb qışqırırdı: