Page 106 - Miisir
P. 106

Duqduqun yeni ayağı



                     Duqduq sәhәr yuxudan oyanıb gördü ki, sahәnin ortasında bir ayağı yerә
                  basdırılıb. İkinci ayağının itdiyini görәndә qışqırdı:
                     – Kömәk elәyiiinn. Kömәk elәyiiinn...
                     Qağayı, hәmişәki kimi, yaxınlıqdakı göldә balıq tuturdu. Dostu Duqduqun sәsini
                  eşidәn kimi işini atıb, sәs gәlәn tәrәfә sürәtlә uçdu.
                     Daşadöyәn qonşu sahәni ziyanverici qurdlardan tәmizlәyirdi. O da öz işini atıb,
                  dostu Duqduqun sәsinә tәrәf tәlәsdi.
                     Qarğa isә göydә fırlanaraq, itmiş cücә axtarırdı. Eşidәn kimi tez sәs gәlәn
                  tәrәfә endi.
                     Dostlar Duqduqun başına yığışdılar. O, ağlaya-ağlaya qışqırırdı:
                     – Ay Duqduq, başqa müqәvvaların arasında tәk ayaqla neylәyәcәksәn?!
                     Qağayı hәyәcanla dedi:
                     – Yәqin, burada ayaq oğurlayan oğrular var, polisә bildirilmәlidir.
                     Daşadöyәn göyә baxaraq dillәndi:
                     – Mәnim fikrimcә, bu mәsәlә araşdırılmalıdır. Ola bilsin, Duqduqun itmiş ayağı
                  dәliklәrlә dolu olan köhnә ayaqqabının yerinә yenisini almağa gedib.
                     Qarğa isә bu mәsәlәyә o qәdәr dә ciddi yanaşmadı. Dedi:
                     – Hәr halda, burda bir problem yoxdur. Dostumuz Duqduq әsa ilә dә gәzә bilәr.
                  Bu ağac budağını götür vә ona söykәnib gәz.
                     Duqduq titrәyәrәk qışqırdı:
                     – İndi dә әsa ilә gәzim? Ay qarğa, ay әziz dostum, axı mәn qoca deyilәm... Yox,
        106
                  yox... Mәn itmiş ayağımı istәyirәm. Ah, mәnim ayağım, ahh!
                     Qağayı kәdәrli halda әvvәl Duqduqa, sonra isә göyә baxıb dedi:
                     – Mәn düşünürәm ki, mәsәlәn, hәr iki ayağımı itirsәm dә, uçaram. Enәndә isә
                  uzun vә güclü dimdiyimin üstündә yerә düşәrәm, sonra  elә dimdiyimin kömәyilә dә
                  gәzәrәm. Tarixdә dimdiyi ilә gәzәn ilk qağayı olaram! Ha, ha, ha!
                     Daşadöyәn bir az düşündükdәn sonra hәyәcanla sәslәndi:
                     – Yox, yox, mәn hәr iki ayağımı itirsәm, tәyyarә tәkәri kimi iki tәkәr icad
                  edәrәm vә yerә onların üstündә enәrәm. Tarixdә tәkәr üstündә gәzәn ilk daşadöyәn
                  olaram. Ha, ha, ha...
   101   102   103   104   105   106   107   108   109   110   111