Page 107 - Miisir
P. 107
Qarğa güldü, göydә uçduğunu, quyruğundan isә xizәk kimi istifadә etdiyini tә sәv -
vürünә gәtirdi.
Qәflәtәn Duqduq uzağa baxaraq qışqırdı:
– Oraya baxın, mәnim sevimli ayağım ordadı!
Dostlar Duqduqun әtrafına toplaşıb, sahә sahibinin oğlu Hәssana baxırdılar. O,
Duqduq üçün yeni ayaq gәtirirdi, әlindә çәkic vә mismar vardı.
Hәssan mehribanlıqla dedi:
– Mübarәk olsun, Duqduq, bu yeni ayağı sәnin üçün dülgәrin yanında düzәltmişәm.
Köhnә ayağın dünәn әsәn külәyә tab gәtirmәyib sınmışdı.
Hәssan yeni ayağı bәrkitmәk üçün hәr dәfә mismar vuranda Duqduq sevincdәn
qışqırırdı:
– Duq, duq, duq, duq...
Dostların hamısı bir yerdә tәkrar edirdi:
– Duq, duq, duq, duq...
Külәk dә onların sәsinә sәs verirdi:
– Duq, duq, duq, duq...
107