Page 110 - Miisir
P. 110

Bir gün axşam vaxtı Saleh sabah balıq tutmağa gedәndә onu da özü ilә apar ma -
                  sı nı balıqçıdan xahiş etdi. Balıqçı dedi:
                     – Sәni özümlә aparmaq mәnim üçün xoşdur, ancaq gәrәk valideynlәrindәn icazә
                  alasan.
                     Saleh dedi:
                     – Mәn onlardan bu gün sәhәr icazә istәdim, sәninlә birlikdә dәnizә çıxıb balıq
                  tutmağı öyrәnmәyimә razılıq verdilәr...

                     Sәhәr tezdәn Saleh balıqçı ilә dәnizә çıxmaq üçün onun daxmasına gәldi. Balıq -
                  çı nın yoldaşı sәhәr yemәyi hazırladı, sonra isә balıq tutmaq üçün lazım olan
                  lәvazimatı qayığa yığmaqda onlara kömәk etdi.
                     Belәcә, hәr gün dәnizә çıxmağa başladılar.

                     İllәr ötüb-keçdi, Saleh böyüyüb mahir balıqçıya çevrildi. Bir gün o, hәmişәki
                  kimi, ustadının daxmasına gәldi. İçәri girәndә balıqçının yataqda ah-zar etdiyini
                  gördü. Arvadı isә onun yatağının kәnarında kәdәrli halda oturmuşdu. Saleh nә baş
                  verdiyini soruşanda balıqçı dedi:
                     – Oğlum, xәstә olduğum üçün bu gün dәnizә çıxmayacağıq.
                     Saleh dillәndi:

                     – İcazә ver, özüm gedim... Mәn artıq böyümüşәm, hәr şeyi öyrәnmişәm.
                     Balıqçı dedi:
                     – Oğlum, başına bir iş gәlmәsindәn qorxuram.
                     Saleh cavab verdi:
        110
                     – Allah mәnimlәdir. Mәnim üçün dua elә... Sahildәn çox uzaqlaşmaram...
                     Saleh balıq tutmaq üçün lazım olan şeylәri qayığa yığdı. Sonra qayığı sahildәn
                  dәnizә itәlәyib, mәharәtlә onun içinә atıldı. Avarları sürәtlә çәkәrәk, balığın çox
                  olduğu yerә çatıb, toru dәnizә atdı...
                     Toru çәkәndә onun çox ağır olduğunu hiss elәdi. Sevincәk dedi:

                     – Sükürlәr olsun Allaha! Şübhәsiz ki, tor balıqla doludur.
                     Nәhayәt, tora böyük bir balığın düşdüyünü gördü... Çox böyük... Bu, Salehin
                  hәyatda gördüyü әn böyük balıq idi!
   105   106   107   108   109   110   111   112   113   114   115