Page 115 - Miisir
P. 115
– Mövlam, mәgәr müdriklәrin sözünü eşitmәmisiniz ki, çoxluq cәsurluğa qalib
gәlәr, hiylә isә qüdrәti mәğlub edәr?!
Kral razılıq әlamәti olaraq başını silkәlәyib, vәzirdәn soruşdu:
– O nә hiylәdir elә?
Vәzir gülümsәyәrәk dedi:
– Mәnәm! Mövlam, o hiylә mәnәm! Xahiş edirәm, bu budaqdan yığıldığımız yerә
qayıtdıqdan sonra özünüzü mәnә qarşı qәzәbli göstәrin. Suallara cavab vermәyin,
müdaxilә edәni dinlәmәyin, keşikçilәri çağırıb mәni döymәlәrini, dimdiklәmәlәrini
әmr edin, lәlәklәrimi yoldurun! Mövlam, heç kimә heç nә demәyin. Kim bilir, ola
bilsin ki, aramızda xain var, sirrimizi bayquşlara çatdırır! Yaxud ola bilsin ki,
birimiz düşmәn әlinә düşәk, o da işgәncә verib sirrimizdәn agah olsun! Qanadlarımın,
boynumun, quyruğumun lәlәklәrini yolduqdan sonra mәni ağacın altına atsınlar! Sonra
bütün qarğaları bir yerә toplayıb, dediyim yerә tәlәsin. Orada çoxlu xırda ağaclar
görәcәksiniz, qarğaları orada yerlәşdirin. Gecәni dincәldikdәn sonra sәhәr günәş
çıxmamış oyanıb, hazırlaşmağa başlayın. Yaralıların yarasını sarıyın, әldәn düşmüşlәri
yedizdirin, kiçiklәrә tәlim keçin. Mәn sizә dәqiq xәbәr gәtirәnә kimi hәr sәhәr,
belәcә davam edin.
Kral vәzirin dediyi kimi etdi, onu yaralı-yaralı, tüklәri yolunmuş halda ağacın
altına atıb, qarğalarla birlikdә çıxıb getdi.
İkinci gecә bayquşlar gәlib qarğaların axırına çıxmaq istәyәndә mәәttәl
qaldılar...Bu nәdir? Hanı qarğalar? Bayquşlar narahat oldular. Bir qismi sevincdәn
qışqırır vә qarğaların xilas olmaq üçün uçub-getdiklәrini söylәyir, bir qismi isә
xәbәrdarlıq edirdi:
– Ay bayquşlar, bәlkә, bu işdә bir hiylә var, qarğalar yenә gәlib budaqlara
doluşacaq. 115
Bayquşlar qarğanın sәsini eşitdilәr. O, şikayәtlәnir, әtrafındakıları kömәyә çağı -
ra raq deyirdi:
– Ay! Ay başım! Ay boynum! Ay sağ qanadım! Ay sol qanadım! Ay quyruğum! Ay...
ay... ay! Zalım kral mәni öldürdü! Qanımı tökdü, lәlәklәrimi yoldu, çünki mәn, haqlı
olaraq, ona qarşı çıxdım! Ah! Görәsәn, mәni eşidәn yoxdu? Ay mәni eşidәn qarğa,
ay mәni eşidәn bayquş, bir damcı su! Rәhm edin! Kömәk edin! Qarğaların kralı mәni
öldürdü...
Yaxında olan bayquşlar onu krallarının yanına apardılar. Bayquşların kralı artıq
qәlәbәni qeyd etmәyә başlayırdı. Vәzirlәrini çağırıb rәqqasәlәr vә müğәnnilәr gәtir -
mә yi әmr etmişdi... әn gözәl bayquş rәqqasәlәr... әn mәşhur bayquş müğәnnilәr!