Page 113 - Miisir
P. 113

Qarğanın hiyläsi



               Bu, doğrudan da, qәribә hekayәdir. Çox qәdim zamanlarda rәvayәt edәnlәrin
           adını unutduqları bir yerdә baş verib. O zaman bu yerdә min qarğa vә min bayquş
           yaşayırdı. Qarğalar öz yuvalarını çoxbudaqlı, hündür ağacların yarpaqları arasında
           tikmişdi. Bayquşlar isә yuvaları üçün qarğaların ağaclarını әhatә etmiş böyük dağın
           mağaralarını seçmişdilәr. Bax belәcә, illәr bir-birini әvәz edәrәk ötüb-keçirdi.
               Bir gün tamahkar bir bayquş bayquşların kralı seçildi. O, nә ağıllı, nә dә ki,
           cәsur idi. Bayquşların kralı qarğaların ağacına tamah saldı. Fikirlәşdi ki, dostları ilә
           birlikdә dincәlmәk üçün әla yerdir. Ancaq qorxaq olduğu üçün qara quşlara müharibә
           elan edә bilmәdi.
               Gecәlәrin birindә bayquşların hamısını yuvadan çıxartdı vә qarğalar әmin-aman -
           lıq la yatdıqları vaxt qәflәtәn onlara hücum etdi. Bayquşlar xeyli sayda qarğa
           öldürdü.
               Sәhәr dәyәn ziyanı vә ölәnlәrin sayını hesablayandan sonra qarğaların kralı beş
           nazirini bir yerә topladı...
               Birinci nazirdәn soruşdu:
               – Bu hadisә haqqında fikrin nәdir, ay vәzir?..
               Qorxu hissi vәziri bürümüşdü, o, dәrhal cavab verdi:
               – Uçaq, mәnim mövlam! Uçaq! Tәhlükәli düşmәndәn qaçaq, mәnim mövlam!
               Kral vәzirә hirsli-hirsli baxdı, başını silkәlәyib dedi:
               – Demәli, belә?!
               Sonra ikinci vәzirә baxıb hәmin sualı tәkrar etdi...                                                  113
               İkinci vәzir kralın birinci vәzirin sözündәn hirslәndiyini dәrk etmişdi. O dedi:
               – Mövlam, necә qaçaq gedәk, axı biz qarğayıq?! Yox! Mәnim fikrim budur ki,
           ağacın içәrisindә ordu toplayaq, düşmәn bizә yenidәn hücum etmәk istәsә, müqavi -
           mәt göstәrәk, onu geri otuzduraq, qәlәbә çalaq.
               Kral ikinci vәzirin sözlәri haqqında bir qәdәr düşünüb, üzünü  üçüncü vәzirә
           tutdu. Üçüncü vәzir özünü müdrik göstәrәrәk dedi:
               – Mәğlub olmuşun hәqiqәtә baş әymәkdәn savayı, yolu yoxdu, gәlin tez sülh bağ -
           la  yaq vә bayquşlar әlavә şәrtlәr qoymamış onların bizdәn tәlәb etdiyi şәrtlәri qәbul
           edәk! Bizdәn әsir, girov istәsәlәr, verәk, ağacın bir hissәsinә tamah salıblarsa, onu
           da verәk!
   108   109   110   111   112   113   114   115   116   117   118