Page 114 - Miisir
P. 114

Kral başını narazı halda silkәlәyib dedi:
                     – Belә?!
                     Sonra dördüncü vәzirdәn soruşdu. O, qanadlarını yellәyәrәk dedi:
                     – Bizim bu nәhs ağacdan getmәkdәn başqa, yolumuz yoxdur! Meşәdә ağac
                  çoxdur, mәnim mövlam!
                     Kral hirslәndi:
                     – Getmәk?! Vәzir, yәqin, unutmusan ki, qoyub getmәk yalnız başqalarının diyarını
                  iş ğal edәnlәrin işidir! Diyar sahiblәrinin öz yerlәrindәn getmәlәri qaçmaqdır,
                  qorxaqlıqdır!
                     Kral beşinci vәzirә sual vermәkdә artıq tәrәddüd edirdi, çünki ondan әvvәlkilәrin
                  cavabları onu çaşqınlığa salmışdı... Nәhayәt, beşinci vәzir dillәndi:
                     – Qaçmaq – ayıbdır! Vuruşmaq – çәtindir! Düşmәnә baş әymәk – zillәtdir!
                     Kral xeyli susdu, sonra beşinci vәzirә baxıb istehza ilә soruşdu:
                     – Bәs sәn qaçmaqdan, onları geri otuzdurmaqdan, onları vurmaqdan, qәlәbә çal -
                  maq dan vә tәslim olmaqdan başqa, nә mәslәhәt görürsәn bizә?!
                     Vәzir tәmkinlә cavab verdi:
                     – Mövlam, aydındır ki, siz deyilәnlәrin heç birini qәbul etmәzsiniz, mәn bu işdә
                  sizinlә tamamilә razıyam... Әlbәttә ki, sizin kimi mәğrur bir kәs qaçmağı qәbul et -
                  mәz, tәslim olmağa da tab gәtirmәz... Savaşa isә yalnız qüdrәti olanlar girişәr...
                  Biz zәifik! Ölәnlәrimiz, yaralananlarımız yüzlәrlәdi!.. Ancaq belә hesab etmәyin ki, ya
                  mövlam, mәnim heç bir fikrim yoxdu. Bir tәdbirim var, qәbul etsәniz allah bizә nicat
                  verәcәk vә biz bu ağacda qalacağıq!
        114          – Nәdir sәnin tәdbirin?
                     – Yox... Bu, bir sirdi, mәnim mövlam, onu indi burada aça bilmәrәm! Sirdә yalnız
                  dörd qulaq vә iki dil iştirak etmәlidi!
                     Qarğaların kralı vәzirlәrә, sonra isә beşinci vәzirә uzun-uzadı baxdı... Vә nә -
                  ha yәt, ona işarә edib, uzaqdakı budağa uçdu... Orada soruşdu:
                     – İndi ikimizik, danış... Gizlәtdiyin sirr nәdir?
                     Vәzir dedi:
                     – Mövlam, hiylә lazımdı bu mәsәlәdә!
                     Kral qarğa soruşdu:
                     – Hiylә?
                     Vәzir dedi:
   109   110   111   112   113   114   115   116   117   118   119