Page 116 - Miisir
P. 116

Bayquşlar qarğanı gәtirib, mәclisә daxil oldular, rәqs vә mahnı dayandı.
                     Kral soruşdu:
                     – Bu nәdir?!
                     Bayquşlar dedi:
                     – Onu ağacın altından tapmışıq!
                     Soruşdu:
                     – Ölüdür?
                     Bayquşlar cavab vermәk istәyirdilәr ki, qarğa zәif sәslә cavab verdi:
                     – Az qalır, az qalır ölәm, mәnim mövlam!
                     Vәzirlәr narahat oldular... Bәzilәri dedilәr ki, çәkdiyi әzablar ona yetәr...
                     Vәzirlәrin hay-küyü uzun çәkdi, buna görә dә bayquşların kralı bağırdı:
                     – Sakit! İmkan verin, әvvәlcә onun başına gәlәnlәri dinlәyim.
                     Sonra qarğaya tәrәf dönüb soruşdu:
                     – Sәnә nә olub, ay qarğa? Yәqin ki, deyәcәklәrin var!
                     Qarğa dedi:
                     – Başıma gәlәnlәr hәr yerdә, hәr zaman sәdaqәtlilәrin vә doğruların başına
                  gәlәnlәrdi... İcazә versәniz, danışardım...
                     O, kralın icazәsini gözlәmәmiş, danışmağa başladı:
                     – Mövlam, mәn sәnin düşmәninin vәzirlәrindәn biri idim. Ona hәr işdә sәdaqәtlә
                  mәslәhәt verirdim, onun mәnim mәslәhәtimdәn razı qalacağı vә yaxud da qәzәblәnәcәyi
                  mәni maraqlandırmırdı... Tale sizә qәlәbә nәsib edәndә qorxu hissi onu bürüdü vә
                  uzaq bir yerә köçmәk istәdi. Onda mәn, hәmişәki kimi, ona öz fikrimi bildirdim,
                  dedim ki, mәğlubiyyәtin sәbәbi qarğaların zәif olmasıdı. Qarğaların da zәif olmasının
        116
                  sәbәbi yeyib-içmәyә aludә olmaları vә tәlim keçmәmәlәridi. Sonra ondan xahiş etdim
                  ki, uzaq yerә uçmağın mәşәqqәtinә taqәti olmayan yaralılara vә kiçiklәrә rәhm elәsin.
                  Mәslәhәt verdim ki, sizә, vәzirlәri dә vәzirlәrinizә hәdiyyә verib, sülh bağlasın,
                  ancaq o, tәkәbbürlük etdi. Başa düşdü ki, baş verәnlәrin mәsuliyyәtini onun boynuna
                  qoyuram vә әyanlarıyla birlikdә üstümә düşüb, bax, bu gördüklәrinizi başıma gәtirdi!
                  Sonra digәr qarğaları götürüb qaçdı. Mәn dә indi sizin rәhminizә sığınıram, istәyirsiz
                  öldürün, istәyirsiz sağ saxlayın, mәn dә sizә sәdaqәtlә xidmәt edәrәm.
                     Bayquşların kralı başını tәәccüblә silkәlәdi, sonra qürur vә sevinclә var-gәl
                  etmәyә başladı. Ona elә gәlirdi ki, qarğaların üzәrindә qәti qәlәbә çalıb vә adı
                  bayquşların mağaralarında dünyanın sonunadәk yaşayacaq!
   111   112   113   114   115   116   117   118   119   120   121