Page 27 - "Əvvəl dəniz vardı"
P. 27
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
Artıq onlar qolları, ayaqları,
başları olan bədən yaradırdılar.
Onda dünyanın sahibləri
doğulmağa başladı.
Əvvəlcə iki nəfər idi,
Bunkua-se – mavi,
Bunkua-se – qara.
Dünya iki hissəyə
Bölündü yavaş-yavaş
Mavi və Qaraya.
Və hər birində
doqquz Bankua-se vardı.
Sol tərəfdəkilər hamısı Mavi,
Sağ tərəfdəkilər hamısı Qara.
Sonra yeddinci dünya yarandı –
Anası Aunika –
O vaxt bədəndə qan yoxdu,
Amma indi qan yarandı...
Sonra səkkizinci dünya yarandı,
Anası Kenyaxe adlanırdı,
Atası Auina-Katana.
Amma bu dünya yarananda
Hər şey sona çatmamışdı.
Amma az qalmışdı,
Hər tərəf su, hər yan su,
Səhər hələ açılmamışdı.
Sonra doqquzuncu dünya yarandı.
Amma torpaq yox idi.
Hələ səhər açılmamışdı...
27
Artıq onlar qolları, ayaqları,
başları olan bədən yaradırdılar.
Onda dünyanın sahibləri
doğulmağa başladı.
Əvvəlcə iki nəfər idi,
Bunkua-se – mavi,
Bunkua-se – qara.
Dünya iki hissəyə
Bölündü yavaş-yavaş
Mavi və Qaraya.
Və hər birində
doqquz Bankua-se vardı.
Sol tərəfdəkilər hamısı Mavi,
Sağ tərəfdəkilər hamısı Qara.
Sonra yeddinci dünya yarandı –
Anası Aunika –
O vaxt bədəndə qan yoxdu,
Amma indi qan yarandı...
Sonra səkkizinci dünya yarandı,
Anası Kenyaxe adlanırdı,
Atası Auina-Katana.
Amma bu dünya yarananda
Hər şey sona çatmamışdı.
Amma az qalmışdı,
Hər tərəf su, hər yan su,
Səhər hələ açılmamışdı.
Sonra doqquzuncu dünya yarandı.
Amma torpaq yox idi.
Hələ səhər açılmamışdı...
27