Page 31 - "Əvvəl dəniz vardı"
P. 31
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Məhəbbət 45
Bəndənin ürəyində və Bağ iztirablarında

(İsanın düşdüyü Zeytun bağı)
ilahi sevginin vəcdə gəlməsi

I
Sevgilimin
zərif nitqi –
bal və süd axır,
gülüşlər və zanbaqlar arasından.

Onun şipşirin sözləri
şeh qədər qısa.

Və onunla çiçəklənir
solmuş ürək.

Elə yumşaq eşidilir
onun incə fısıltısı,

Ürək də şübhəyə düşür,
bəlkə, öz səsidi deyə.

Elə güclü inandırır
yandırılmış alov –
mum kimi əridir
dağları, qayaları.

Elə güclü, xoşdu səsi,
ölüləri dirildir.
yatmışları oyadır,
Onun ilahi nəfəsi.

31
   26   27   28   29   30   31   32   33   34   35   36