Page 21 - "Əvvəl dəniz vardı"
P. 21
vәl dәniz vardı – 10 Kolumbiya şeiri
Yaradılış
Əvvəl dəniz vardı.
Qaranlıqdı yer üzü.
Nə günəş, nə ay,
nə adamlar, nə başqa canlı,
nə də bitkilər vardı.
Hər yanı su, yalnız su,
Dəniz – Ana dəniz.
O çay, o göl axın-axın,
Hər yan, hər yer belə idi –
Əvvəl yalnız Ana vardı.
Adı Qaulçovanq idi.
O nə insan, nə də başqa şey...
O, Xəyal idi.
Olacaqlar onun ruhu –
Xatirə və xəyal idi...
Beləcə, xəyalda doğuldu Ana,
Tənha Ana.
Ana mövcud olanda
yuxarıda torpaqlar yarandı –
bizim bugünkü dünyamız...
Doqquz dünya belə yarandı,
əvvəlcə Ana və su,
Ana və gecə yarandı,
Səhər hələ açılmayıb.
Ananın adı onda
Se-ne-nulaq idi.
Bir də Ata vardı;
Adı da Kata Ke-ne-ne-nulanq idi.
21
Yaradılış
Əvvəl dəniz vardı.
Qaranlıqdı yer üzü.
Nə günəş, nə ay,
nə adamlar, nə başqa canlı,
nə də bitkilər vardı.
Hər yanı su, yalnız su,
Dəniz – Ana dəniz.
O çay, o göl axın-axın,
Hər yan, hər yer belə idi –
Əvvəl yalnız Ana vardı.
Adı Qaulçovanq idi.
O nə insan, nə də başqa şey...
O, Xəyal idi.
Olacaqlar onun ruhu –
Xatirə və xəyal idi...
Beləcə, xəyalda doğuldu Ana,
Tənha Ana.
Ana mövcud olanda
yuxarıda torpaqlar yarandı –
bizim bugünkü dünyamız...
Doqquz dünya belə yarandı,
əvvəlcə Ana və su,
Ana və gecə yarandı,
Səhər hələ açılmayıb.
Ananın adı onda
Se-ne-nulaq idi.
Bir də Ata vardı;
Adı da Kata Ke-ne-ne-nulanq idi.
21