Page 17 - "Əvvəl dəniz vardı"
P. 17
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
tapmış musiqi, sanki başqa dünyalardan gəlir və
başqa dillərdə yazılıb. Şairin poeziyası bizim
tanıdığımız gerçəkliklərin hüdudlarından kənarda
mövcud olan anlayışlardan bəhs edir və burada
istifadə olunan sözlər, öz mənalarını ifadə etməklə
yanaşı, məhəbbətin sehriylə yüklənmiş mətləbləri
də özündə əks etdirir.

Poeziya insanları, xalqları əsrarəngiz şəkildə
bir-birinə bağlayır və bu antologiyaya daxil edilmiş
şeir nümunələri zaman və məkan hüdudlarını
aşaraq, bu möcüzənin bir daha gerçəkləşməsinə
imkan verir.

17
   12   13   14   15   16   17   18   19   20   21   22