Page 13 - "Əvvəl dəniz vardı"
P. 13
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

İspanların Amerikaya gəlişindən xeyli əvvəl
yerli etnoslar yaşadığımız ərazilərə ad qoymuş,
buraları kəşf etmişlər. Kogilərin yaradılış haqda
qoşduqları poemada gördüyümüz kimi, həmin
insanların həyata baxışından və əfsanələrdən
qaynaqlanan bu şeirlər bizim şüurumuzun maya-
sındadır və təəssüf ki, tam məhv olmasa da, bu
gün bizə uzaq görünən dil və ifadə tərzindədir.

Fransiska Xosefa del Kastilyo i Gevara öz
yaradıcılığında mistik sevginin dərinliklərinə varır.
Burada aşiqlə məşuq, bütün sədləri aşaraq,
özlərini sevgi deyilən sərsəmliyin qüdrətinə təslim
edirlər.

Dahi romantik şairimiz Rafael Pombo böyük
ekzistensialist sualların mövcud olduğu bir poeziya
yaratmışdır. “Xoşbəxtdir o kəs ki, əzablarından
da uca kahinlərə sığınır!”, – deyə şair bunu unu-
dulmaz bir tərzdə ifadə edir.

Kolumbiya poeziyasına müasirlik gətirmiş,
yazılarında ən saf lirikayla ən kəskin kinayəni
birləşdirməyə nail olmuş Xose Asunsion Silva
ispan dilində ədəbi abidə hesab edilən bir poema
yaratmışdır: “Lirik serenada” poemasında xəyali
və yaşanmış hadisələr, ölüm və ölümsüzlük arzusu,
musiqi və rənglər bir arada təsvir olunaraq oxu-
cunun yaddaşında silinməz iz buraxır və Ruben
Dario tərəfindən başladılmış modernizmin poetik
sistemini gücləndirir.

Yorulmaz səyyah Porfirio Barba Yakob insan
ruhunun dərinliklərində dəyişkən təbiətimizi
təsvir edən münasibətlər və təlatümlər kəşf

13
   8   9   10   11   12   13   14   15   16   17   18