Page 11 - "Əvvəl dəniz vardı"
P. 11
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Ətrafımızda baş verənlər barədə həzin
nəğmələrin və şeirlərin dili ilə danışa
bilmək Kolumbiya poeziyasına xəyal
əhvali-ruhiyyəsi bəxş edir. Bu poeziya, öz xəyalla-
rımızı yaşadığımız reallıqla birləşdirmək və onun
acı dərslərini nisbətən yüngülləşdirmək məqsədi
daşıyır.
Ölkəmiz şairlər diyarıdır, əgər belə olmasaydı,
Rafael Pombo və Xose Asunsion Silva kimi müəllif-
lərimizin XIX əsrdə gəzdiyi soyuq, narahat salonlara
söz ustalığını və natiqliyi gətirmək olmazdı. Yəqin
ki, nəğmələrin dillərdə gəzməsinə, rondo musiqi-
lərinin və uşaq mahnılarının xatirələrimizi bəzə-
məsinə imkan verməklə ən düzgün işi görmüşük.
Bu o demək deyildir ki, bizlər kimsəsiz bir
qəsrə, Simon Bolivar xəyalının bizi azad etdiyi
vaxtdan başlayan respublika dövrünün inadkar
mahiyyəti üçün əlçatmaz olan bir qalaya sığın-
mışıq. Əksinə, mövcudluğumuzun ən xırda, ən
önəmsiz parçalarının belə, şeirlərimizin süzgəcindən
keçməsini və bizlərin yenidən öz taleyimizin
ağaları – zəhmətimizin bəhrəsini gətirəcək dəyər-
lər və ideallar uğrunda yaşamağa qadir insanlar
olmağımızı istəmişik.
Kitabda yer almış on Kolumbiya şairinin
şeirlərində ölkəmiz və qayğılarımız – soykökümüz,
sevgi, gecə, həyat, təbiət, söz haqqında rəngarəng
tonlarla yazılmış təsvirləri, eləcə də arzuların sə-
sinin və həzin nüansların vəhdətini görə bilərsiniz.

11
   6   7   8   9   10   11   12   13   14   15   16