Page 7 - "Əvvəl dəniz vardı"
P. 7
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Qeyd edim ki, 2014-cü ildә Kolumbiyanın
Azәrbaycan Respublikasında sәfirliyinin әsası
qoyulan vaxtdan, hәr iki ölkә arasında әlaqәlәrin
möhkәmlәndirilmәsi üçün zәruri olan tәhsil vә
mәdәni sahәdә proqramın inkişaf etdirilmәsi prio-
ritet mәsәlәlәrdәn biri olub. Bu istiqamәtdә sәfir-
lik, Azәrbaycanlı gәnc diplomatlara ispan dili
kursları, Kolumbiya mәdәniyyәti vә mәtbәxinә
dair çeşidli görüşlәr, ispan dili gününün qeyd edilmәsi,
әdәbiyyat üzrә Nobel mükafatı laureatı, magik
realizmin banisi olan dahi yazıçı Qabriel Qarsia
Markesin hәyat vә yaradıcılığından bәhs edәn
bir sıra tәdbirlәr hәyata keçirib.

Layihә, kitabı nәşr etmәk hüququna malik olan
Kolumbiya xarici işlәr nazirliyinin göstәrişi vә
Azәrbaycan Respublikasının Nazirlәr Kabineti
yanında Tәrcümә Mәrkәzinin, xüsusilә dә bu
әsәrlәrin tәrcümә vә nәşr edilәrәk Azәrbaycan
oxucusuna çatdırılmasına böyük dәstәk vermiş
Mәrkәzin direktoru Afaq Mәsudun vә işçi kollek-
tivinin zәhmәti sayәsindә әrsәyә gәlib.

İnanıram ki, dost vә mehriban Azәrbaycanın
dәyәrli oxucuları bu kitabın vasitәsilә bir xalqın
adәt-әnәnәsini vә tarixini dahi Kolumbiya
şairlәrinin vә müdriklәrinin qәlәmindә ölmәzlik
tapan poetik nümunәlәrdә oxuyub tanış olacaq.

Kolumbiya Respublikasının Azәrbaycan
Respublikasındakı sabiq müvәqqәti işlәr vәkili

Assad Xose Xater Penya

7
   2   3   4   5   6   7   8   9   10   11   12