Page 5 - "Əvvəl dəniz vardı"
P. 5
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Ön Söz

Azәrbaycanı öz әsәrlәri ilә bütün dünyaya
tanıdan Nizami Gәncәvi, Mәhәmmәd Füzuli vә
Mirzә Əlәkbәr Sabir kimi şairlәr diyarında,
Kolumbiya şairlәrinin әsәrlәrindәn ibarәt toplu
birinci dәfәdir ki, işıq üzü görür. Dünyanın zәn-
gin dillәrindәn biri olan Azәrbaycan dilinә ilk
dәfә tәrcümә olunan bu poeziya nümunәlәrindәn
ibarәt kitabın çap olunmasından, Kolumbiyanın
Azәrbaycan Respublikasındakı sәfirliyinin mü-
vәqqәti işlәr vәkili olaraq qürur duyuram.

Kitaba Kolumbiyanın müxtәlif zamanlarda
yazıb-yaratmış böyük şairlәrinın әsәrlәri daxil edilib.
Onlar arasında XVII әsr müstәmlәkә dövrünün
mistik şairi Fransiska Xosefa del Kastilyo i Gevaranın,
ispan dilindә romantik poeziyanın banilәrindәn
biri sayılan Rafael Pombonun, modernizm
cәrәyanının ilk nümayәndәlәrindәn olan dahi
yazıçı Xose Asunsion Silvanın, XX әsrin nüfuzlu
söz ustadı Leon de Greiffin, habelә Porfirio Barba
Yakobun, Meira Delmarın, Covanni Kessepin,
Fernando Çari Laranın, Aurelio Arturonun
hәmişәyaşar şeirlәri vә Kolumbiyanın Karib dәnizi
hövzәsindә yerlәşәn Sierra Nevada de Santa Mar-
tada mәskunlaşan yerli hindi qrupu Kogilәrin
Kolumbdan öncәki poeziyaya mәxsus ilhamverici
misraları var.

5
   1   2   3   4   5   6   7   8   9   10