Page 109 - Peşəkar aktyorluq dərsləri
P. 109
KKİZİNCİ DӘRS

Rejissorun rolu Peşəkar aktyorluq dərsləri

(1 dekabr 1941-ci il)

Pyesә yanaşma üsulları

Növbәti dәrsә giriş kimi başqa bir sahәni tәdqiq 109
etmәliyik. Bu sahә, әslindә, hamımızın yaxşı bildiyi mәşq
prosesidir vә indi onun müxtәlif mәrhәlәlәrini araşdır-
mağa çalışaq. Bu sahәnin çoxsaylı çalarlarını insanlarda,
xüsusәn aktyorlarda tez-tez müşahidә etmәk mümkündür.
Aktyorlar rol üzәrindә işlәyәndә, rejissorlar isә pyesi
sәhnәlәşdirmәyә hazırlaşanda mәşq әvәzedilmәz silaha
çevrilir. Mәncә, bu, bir tәrәfdәn, rol üzәrindә yaradıcılıq
prosesini asanlaşdırır, digәr tәrәfdәn, rejissoru boş-boş
danışmaqdan, aktyora rolun mәziyyәtlәrini anlatmaq
üçün lüzumsuz fәlsәfi ibarәlәr axtarmaqdan xilas edir.

Bu, müntәzәm baş verir vә mәsәlәn, Moskva Aka-
demik Bәdaye Teatrına xas bir xüsusiyyәtdir. Yadımdadır,
günlәrlә, aylarla masa әtrafına toplaşıb rol vә personajlar
barәdә müzakirәlәr aparırdıq. Hәm bilik qazanırdıq, hәm
dә pyesin bütün incәliklәrinә bәlәd olurduq. Lakin qәribә
hal yaranırdı: heç kim oyuna başlaya bilmirdi! Sonra da-
ha çәtin, teatr baxımından mürәkkәb mәrhәlә gәlirdi. Biz
söhbәtlәrә son qoyub işә girişirdik, lakin bu dәfә daha
müәmmalı vәziyyәtlә üzlәşirdik: mәlum olurdu ki, masa
arxasında apardığımız tәhlillәrin oyuna zәrrә qәdәr dә
tәsiri yoxdur! Rola intellektual yanaşma bizdә oynamaq
hәvәsini vә bacarığını öldürürdü. Aktyor olduğumuzu vә
   104   105   106   107   108   109   110   111   112   113   114