Page 105 - Peşəkar aktyorluq dərsləri
P. 105
ünü rahat hiss etmәlidir. 2. Hәr şeydәn әvvәl, tәsәv- Peşəkar aktyorluq dərsləri
vürdә әsas mühit yaradılmalı, sonra isә rejissorun tәkli-
finә әsasәn konkret improvizә başlanmalıdır. Müәyyәn
mizansәhnә ilә bağlı ilk mühit baza rolunu oynayacaq,
yәni rejissorun verdiyi quruluşun әsası olacaq vә aktyor-
ların oyunu tamaşanın ümumi qayәsinә uyğunlaşacaq.
Yalnız bu halda rejissor “despot” olmaqdan, aktyorlar isә
“qul”a çevrilmәkdәn yaxa qurtaracaq vә rejissorun
söylәdiyi әn incә mәtlәblәri başa düşüb mükәmmәl oyun
göstәrәcәklәr.

Bütövlük hissi

Aktyor mütlәq üç keyfiyyәtә mükәmmәl yiyәlәnmә- 105
lidir. Birincisi yüngüllük, sәrbәstlik hissidir, ikincini
forma, üçüncünü isә bütövlük hissi adlandırmaq olar.
Aktyor pyesi bütöv bir şәkildә әhatә etmәyi bacarmalı,
bu, bütövlüyә köklәnmәli, onun ayrılmaz hissәsinә çev-
rilmәlidir. Әgәr pyesin mәtnindә xüsusi әhәmiyyәt kәsb
edәn sözlәr varsa, aktyor bu sözlәri daxilәn birlәşdirib
oyunu ilә bütöv bir ansambl yaratmalıdır. Aktyor zaman
vә mәkanı, yaşadığı dövrün mәziyyәtlәrini bütövlәş-
dirmәyi, başqa sözlә desәk, ümumilәşdirmәyi bacar-
malıdır. Әvvәla, әgәr bu bacarıq inkişaf edibsә, aktyor
çoxsaylı detalların, incә mәtlәblәrin, müәyyәn ştrixlәrin
içindә itib-batmayacaq, onları toplayıb bütöv hala sala-
caq. Bәzәn oyun zamanı ayrı-ayrı heyrәtamiz, incә detal-
lar nәzәrә çarpır, müәyyәn ideyaların işartısı görünür,
amma aktyor onları bir zәncirә düzә bilmir. Dağınıq de-
tallardan ibarәt belә oyunu seyr etmәk heç dә xoş deyil,
çünki detallar birlәşmәyib, aktyor daxilindәki “tikiş
   100   101   102   103   104   105   106   107   108   109   110