Page 100 - Peşəkar aktyorluq dərsləri
P. 100
Mixail Çexov

başa düşürәm, ona görә dә bu mәrkәzdәn çıxış edib yola
çıxıram, irәlilәyirәm.

Hәr birimiz üçün böyük miqdarda harmonik fizioloji
münasibәtlәr mövcuddur vә bu, bir çox bacarıqların açarı
sayıla bilәr. Daxili harmoniyanı duymaq nә demәkdir?
Qeyri-harmoniyanı azacıq sәrbәst vә daha yaxşı etmәk!
Әgәr biz harmonik deyiliksә vә hәmişә әtrafdakı adam-
larda özümüz barәdә heyrәtamiz tәәssürat oyatmağa
çalışırıqsa, bu, böyük xәtadır, buna nail olmaq әsla müm-
kün deyil.

İndi isә bu mәrkәzin mәğzini araşdırmağa çalışaq.
Sinәnizdәki mәrkәzi hiss edin. Dәrhal görәcәksiniz ki,
bәdәn bu harmoniyaya, әl vә ayaqların düzgün duruşuna,
hәrәkәtinә görә sizә dәrin minnәtdarlığını bildirir. Aşkar
edәcәksiniz ki, fizioloji vә psixoloji tarazlıq yaranır, daha
sonra bu mәrkәz bәdәnlә harmoniyaya girәrәk sizi
ruhlandırır, ilhama gәtirir. Bәdәnin harmoniyasına nail
olan akiyorun ilham dairәsi genişlәnmәyә başlayır, o, hәr
dәfә özünәmәxsus zәngin vә maraqlı oyun göstәrir.

Dolubәdәnli adamla bağlı söylәdiyim nümunәni
xatırlayaq. Onun “mәn indi qaçıb gәtirәrәm!” demәsi
bizdә gülüş doğurmuşdu. Hәmin adamın tәxәyyülünә
daxil olsaq, onun özü barәdә nә düşündüyünü anlaya
bilәrik. Bu, tam fәrqli bir dünyadır. Yәni arıq adamın
düşüncә tәrzi kök şәxsin xәyal dünyasının tam әksidir.
100 Onun dünyası heç birimizin düşüncәsi ilә üst-üstә düşә
bilmәz.

Hündürboy şәxsin dünyası ilә bәstәboy adamın
düşüncәlәri dә fәrqlidir. Yeganә çıxış yolu var: bәdәni
harmoniyaya uyğunlaşdırmaq vә sonra özünü kök, arıq,
hündürboy, yaxud bәstәboy adam kimi tәsәvvür edib
onların dünyasının tәlәblәrinә uyğun oynamaq. Әlbәttә,
   95   96   97   98   99   100   101   102   103   104   105