Page 96 - Peşəkar aktyorluq dərsləri
P. 96
Mixail Çexov

aktyorlar var ki, bu barәdә danışmağı mәnasız hesab edir.
Lakin bilmәliyik ki, bәdәn müәyyәn, konkret formadan
ibarәtdir.

İlk baxışdan, bәlkә dә, mәsәlәnin mahiyyәtini anla-
maq çәtindir. Mәsәlәn, müxtәlif istiqamәtlәrә hәrәkәt
etdirә bildiyimiz әllәr var. Әl hәrәkәtlәri ardıcıl deyil,
yeknәsәqdir, şüur özü onlara әmr verir. Amma әllәri mәşq
etdirmәyә başlayanda anlayırıq ki, bu sadә hәrәkәtlәr
müәyyәn mәqsәdә xidmәt edir. Demәli, mәşq sayәsindә
şüuraltı hisslәrimizә nәzarәt edib әllәri vә ayaqları
bilәrәkdәn, istәdiyimiz kimi hәrәkәt etdirmәyә qadirik.
Bu dәfә әmri biz verәcәyik, onlar isә dinmәz-söylәmәz
yerinә yetirәcәklәr.

Keçmişdә insanların şüur vә dәrrakәsi tam fәrqli idi
– onların hәyatı bizimkinә bәnzәmirdi, indiki kimi
streslәr baş alıb getmirdi, radio, telefon vә digәr texniki
vasitәlәr yox idi – biz isә onların tәsiri altında böyüsәk
dә, texniki inqilabların mәnәvi ziyanını hәlә tam dәrk et-
mirik. Әvvәllәr insanlar mәnәvi cәhәtdәn saf, ruhәn azad
yaşayırdılar, әsәblәri daha möhkәm vә sakit idi, hәyatın
gözәlliklәrindәn kam almağı bacarırdılar vә bunun da
sayәsindә xoşbәxt, firavan ömür sürürdülәr. Onlar indi
bizim üzlәşdiyimiz fiziki vә psixoloji tәsirlәr, dünyanı
bürüyәn dәhşәtli müharibәlәr vә xaosla üz-üzә qalma-
96 mışdılar. Tәәssüf ki, taleyimizә bu dәhşәtlәri görüb
iztirab çәkmәk yazılıb. Tanrının hökmünә görә, alın ya-
zısından qaçmaq mümkün deyil.

Bәdәnin forma hissini yenidәn araşdıraq, onu dәrk
etmәyә çalışaq. Bu, bәdәnә tam sahib olmaq, onu daha
düzgün vә uyğun üsullarla idarә etmәk, hәrәkәtlәrdәn
zövq almaq imkanı verir. Kiçik bir mәqamı da nәzәrinizә
   91   92   93   94   95   96   97   98   99   100   101