Page 91 - Peşəkar aktyorluq dərsləri
P. 91
da gizlәnir? Digәr qapını açsaq, ola bilsin, tәsәvvürlә Peşəkar aktyorluq dərsləri
üzlәşәk. Bir sözlә, sistemin bütün sahәlәri bu qapılar
arxasında qәrarlaşıb. 91
Bәs bütün qapılardan bircә-bircә keçmәk tәlәbatı
necә yaranır? Aktyor bu tәlәbatı duymaq üçün hansı
psixoloji vәziyyәtә gәlib çatmalıdır? Bu, hamımızın
mәruz qaldığı ağrılı tәcrübәdir. Hәmin tәlәbatı hәr biri-
miz müәyyәn sәviyyәdә içimizdә daşıyırıq. Aktyor,
sәnәtkar vә yaradıcı adam kimi bunu yaxşı başa düşürük.
Duyuruq ki, qәlbimiz çin olmamış arzularla, sonunadәk
dәrk etmәdiyimiz düşüncәlәrlә, anlaşılmaz hisslәrlә
doludur. Özü dә bu hisslәr bizi çәnginә alıb harasa aparır,
ruhumuza dinclik vermir, sanki bir addım da atsaq, bütün
arzuları reallaşdıra bilәrik.
Daxilәn sәrbәst olsaq da, müasir dövr bizә yaşam
üçün bәzi işarәlәr verir. Bu işarәlәr onu bildirir ki, biz
tamam başqa hәyat yaşaya bilәrdik, bәlkә dә, taleyimiz
dәyişәrdi, tam fәrqli danışardıq, çevrәmizdә baş verәnlәrә
başqa bucaq altında baxardıq. Gәlin özümüzü aldatmayaq
vә sәhnә hәyatını kәnardan müşahidә etmәyә, aktyor
fәaliyyәtimizә tam obyektiv qiymәt vermәyә çalışaq.
Psixoloji cәhәtdәn iflic vәziyyәtә düşmüşük – bu vә ya
digәr personajı oynayanda bilәrәkdәn hәrәkәtlәrimiz
mәhdudlaşır, sәhnәdә geniş әl-qol ata bilmirik. Kәnardan
özümüzә nәzәr salsaq, uşaq oyuncağına, gәlinciyә bәnzә-
yirik, әgәr tәbiәt bizә altı hiss veribsә, sәhnәdә onlardan
yalnız biri kömәyimizә çatır. Halbuki qәlbimizdәki arzu
vә emosiyaların aşıb-daşdığı yaradıcılıq prosesindәn
bәhrәlәnib hәrtәrәfli vә zәngin oyun nümayiş etdir-
mәliyik. Sәhnә sәrbәstliyindәn doğan oyun, bәlkә dә,
hәm özümüzә, hәm dә tamaşaçıya kifayәtdir. Çünki
tamaşaçı da bizimlә oxşar vәziyyәtdәdir: onlar da bizim