Page 86 - Peşəkar aktyorluq dərsləri
P. 86
Mixail Çexov

daha qabarıq nәzәrә çarpmağa başlayır. Cümlәnin sonuna
yaxın onlar bir qәdәr fizioloji hal alır. İndi oxu tәrzini
dәyişin: әvvәl sürәtlә, sonra isә aramla oxuyun. Cümlәni
sәlis vә eyni tәrzdә oxusanız da, heç nә alınmayacaq.
Hәtta bunu bilәrәkdәn dә etsәniz, istәnilәn nәticәni
vermәyәcәk. Tapşırığı dәyişәk. Cümlәnin әvvәlini aramla
başlayın, getdikcә tempi azaldın. Әmin olacaqsınız ki, bir
çox keyfiyyәtlәri birlәşdirmәyә qadirsiniz.

Cümlәnin әvvәlini tәәssüf hissi ilә oxuyun, sonra
әşyaların adını elә çәkin ki, guya onlar sizi çox maraq-
landırıb. Әvvәlcә sürәtlә başlayın, sonra tempi azaldın.
Baş verәnlәri müşahidә etmәk dәrhal maraq doğurur.
Sadәcә әşyaların adının qabardılması prosesinin özü
maraqlıdır. Әşyaların adını sadalamaqla belә maraqlı
sәhnә yarada biliriksә, “Hamlet”dә oynamaq asan olacaq.
Demәli, Şekspirin ziddiyyәtlәrlә zәngin әsәrlәrindә dә
belә “fәndlәr”dәn istifadә etmәk mümkündür.

Çalışmanı tәkrar edәk. Cümlәni әvvәl ucadan vә
әsәbiliklә, sonra isә zәiflәmiş tempdә, yumşaq oxuyun,
hiss etdirin ki, әşyalar sizi dәrindәn maraqlandırıb. Zid-
diyyәtlәrin bu üstünlüyü müәyyәn hisslәr doğuracaq. Mә-
sәlәn, tәsәvvür edәk ki, fәrdiliyimiz özünü büruzә
vermәk istәyir, amma bunun üçün onun istifadә etdiyi
üsullar yeknәsәq vә maraqsızdır, bu sәbәbdәn fәrdilik
kölgәdә qalmağa mәhkumdur. Düşünün ki, bu, düz xәtdir
86 vә fәrdilik ondan heç bir vәchlә yararlana bilmir, yәni
kәnara çıxmağı bacarmır. Lakin biz kiçik ziddiyyәt (cüm-
lәni әvvәl sürәtlә, sonra isә zәif tempdә oxumaq) yaradan
kimi fәrdilik bundan dәrhal istifadә etmәyә çalışacaq.
Kiçik bir çalışma bizi aktyor kimi özümüzә qaytardı,
kәnardan heç bir kömәk gözlәmәdik, fәrdiliyi özümüz
inkişaf etdirdik.
   81   82   83   84   85   86   87   88   89   90   91