Page 85 - Peşəkar aktyorluq dərsləri
P. 85
rdiliyi qoruyub saxlamağı bacarsanız, çox cәlbedici,
orijinal oyun alınar.

Mәşqә yanaşma Peşəkar aktyorluq dərsləri

Diqqәt yetirmәyә çalışdığımız ilk cәhәt mühitdir.
Tәklif etmişdim ki, pyesin mәtnini diqqәtlә oxuyasınız.
Tәkcә mәzmunu öyrәnmәyә görә yox, bu, onsuz da, tәbii
olan bir şeydir. Mәtni ona görә oxumaq lazımdır ki,
pyesdәki hadisәlәr tәsәvvürdә canlansın. Çünki sözlәr
tәlәffüz olunanda onlar tәsәvvürdә canlanır, pyesdәki
hadisәlәrin gedişatını tәxәyyül vasitәsilә görürsәn. Bu
yolla mәtn sözlәr yox, tәsәvvür vasitәsilә qavranılır.

İlk oxunuşdan sonra tamaşa tәsәvvürdә kifayәt qәdәr
canlanır, növbәti addım isә bu tәsәvvürlәri ardıcıl
birlәşdirmәkdәn ibarәtdir. Bu birlәşmә prosesi düzgün dә
ola bilәr, yanlış da. Mәşq әn yaxşı variantı seçmәyә
xidmәt edir. Bu proses zamanı ümumi mühit, personajlar,
sözlәrin tәlәffüzü, obrazlar müәyyәn edilir. Hәr dәfә
mәşqә gәlәndә obrazın yeni mәziyyәtlәrini, özәlliklәrini
nümayiş etdirmәyә, gözlәnilmәz çalarlar yaratmağa hazır
olmaq lazımdır. Peşәkar aktyor oyunun daha yaxşı
variantlarını düşünüb tapmağı bacarmalıdır.

Çalışma: pyesi tәsәvvürdә canlandırmaqla oxuyun. 85
Ziddiyyәtlәrin üstünlüyü

Gәlin otaqdakı әşyaların adını sadalamağa cәhd edәk.
Onları bir uzun cümlә ilә sadalamağa çalışın. Cümlәni
aramla başlayın, sonra tempi artırın. Әşyaların adı dәrhal
   80   81   82   83   84   85   86   87   88   89   90