Page 93 - Peşəkar aktyorluq dərsləri
P. 93
adıcılıq prosesinә başqa bucaq altından baxaq, onu Peşəkar aktyorluq dərsləri
tәsәvvürdә tam fәrqli şәkildә canlandıraq. Yaradıcılıq
prosesinin hansı aspekti bizә dolğun hәyat yaşamağa 93
imkan verә bilәr? Tәsәvvür edin, iki imkan var: birincisi,
zәngin hәyat tәcrübәsinin sәhnәyә daşınması; ikincisi,
sәhv, sönük oyun.

Biz, müasir aktyorlar yaradıcılıq prosesinin nә
olduğunu anlamayanda, yaxud başa düşmәk istәmәyәndә
hansı yola әl atırıq? Sәhv oyunu әsas götürüb qeyri-iradi
olaraq ona aludә oluruq, ilham ala bilәcәyimiz bütün
qapıları kilidlәyib deyirik: “İndi özüm özümün ağasıyam,
bәdahәtәn nәsә göstәrmәk istәmirәm, çünki bunu etsәm,
dәrhal müasir teatrın tәlәblәrindәn uzaqlaşmış olacağam.
Özümü, istedadımı yox, şablon klişelәri göstәrmәliyәm,
çünki sәhnәdә birbaşa özümü göstәrmәkdәn xәcalәt
çәkirәm”. Buna görә dә qapılara kilid vurub zahiri,
mәzmunsuz oyun nümayiş etdirmәyә başlayıram, yәni
mәtni әzbәrlәyib ştampların vә klişelәrin vasitәsilә
sözlәri sәhnәdә tәkrar edirәm. Oyun maraqlı alınmır,
daxili hisslәrimi isә hamıdan gizlәtmәyә çalışıram. Bәzәn
illüziyaya qapılıram, bir neçә klişenin cәmindәn ibarәt
kabus mәni çәnginә alır, sәsim dә özümә yad tәsir
bağışlayır. Tamaşa başa çatır, kabus isә artıq öz mәkrli
işini görüb, indi teatrı tәrk edib evә gedә bilәrәm. Amma
hansı hisslәrlә? Rahatlıqla, yoxsa ürәyimi dağlayan
nisgillә?

Teatrda mәqbul sayılan başqa yol da var. İstifadә et-
diyim zahiri, sәhv vә mәzmunsuz oyunu daxili alәmimә
elә yönәldә bilәrәm ki, hisslәrin rәmzinә çevrilsin. Bunu
varlığımla dәrk etmәliyәm. Bu halda oyun zahiri, sәhv
vә mәzmunsuz alınmayacaq vә müәllifin yazdığı mәtni
   88   89   90   91   92   93   94   95   96   97   98