Page 94 - Peşəkar aktyorluq dərsləri
P. 94
Mixail Çexov

sәhnәdә söylәdikcә, әslindә, özümü vә hisslәrimi ifadә
edәcәyәm. Buna görә dә zahiri oyun daxili hisslәrimin
tәrәnnümçüsünә, daxili alәmim isә zahiri oyuna çev-
rilәcәk. Bütün bunları daxilimdә sıxıb saxlamıram, çünki
hisslәrim qaynar bulağa çevrilib vә onu tamaşaçıya
hәvәslә bәxş edirәm.

Sistemin bütün sahәlәrini nәzәrdәn keçirmәyә cәhd
etsәk, görәrik ki, onlar daxili alәmin zahiri tәzahürә
çevrilmәsindә vasitәçi rolunu oynayır. Әgәr bu ideya
sonda tәxәyyülü yerindәn oynadırsa, demәli, gözlәrim
önündә rolun, qәhrәmanın cizgilәri vә müәyyәn görün-
tüsü canlanır.

Mәqsәdimi daha dәrindәn anlamaq istәyirsinizsә, bәzi
fikir vә konsepsiyalar barәdә söhbәt açmağı vacib sayı-
ram. Metodikanın bütün sahәlәri, mәncә, bu baxımdan
anlaşıla bilәr: daxili alәm zahirә yol tapıb tәzahür edir,
daxilimdәki dәyişikliklәr әtrafımda cәrәyan edәn
hadisәlәrә birbaşa tәsir göstәrir. Bunu bilsәk, demәli, bu
dәyişikliklәri idarә etmәyi vә onları uğurla hәyata
keçirmәyi bacaracağıq. Lev Tolstoy bir dәfә demişdi ki,
әgәr kimәsә acığınız tutubsa vә ona tәrbiyәvi mövzuda
moizә oxumaq әvәzinә, qisas almağı düşünürsünüzsә, o
zaman xәyalınızda hәr gün konkret olaraq bunu canlan-
dırın: tutaq ki, qisas almaq imkanınız yaranıb vә eyni za-
manda düşmәniniz dә zәiflәyib. Uğur qazanacağınızı nә
94 qәdәr dәrindәn dәrk etsәniz belә, şüurunuz sizi
gözlәnilmәz nәticәyә yönәldәcәk. Bu nәticә sizin hәqiqi
istәyinizdir. İntiqam almaq arzusu sizi tәrk edәcәk vә
nifrәt bәslәdiyiniz adama qarşı qәlbinizdә mәrhәmәt hissi
yaranacaq, ona qarşı әsl insani duyğular baş qaldıracaq,
çünki mәqsәdinizin mәnasız olduğunu aydın dәrk
edәcәksiniz.
   89   90   91   92   93   94   95   96   97   98   99