Page 106 - Peşəkar aktyorluq dərsləri
P. 106
Mixail Çexov

maşını”nda ilmәlәri bir-birinә calamağı, vahid ansambl
yaratmağı bacarmayıb, yәni oyunu ilә tamaşaçıda bütöv-
lük tәәssüratı oyatmayıb. Yeknәsәq oyun isә hәmişә
bezdirir, maraqsız vә cansıxıcı alınır.

Bütövlük hissi tamaşaçıda hәmişә xoş hisslәr oyadır,
әsәrin ideyasının çatdırılmasında vә onun uzunömürlü
olmasında әhәmiyyәtli rol oynayır. Bu bacarığı sadә
üsullarla, mәrhәlәli şәkildә hәyata keçirib cilalamaq
mümkündür. Yenә dә çalışmaya müraciәt edәk: hәr iki
әlinizi yuxarı qaldırın vә aşağı salın. Amma bu sadә
hәrәkәti elә yerinә yetirin ki, bütöv, bitmiş bir şәkildә
görünsün. Bu hәrәkәt xalis fiziologiya ilә bağlıdır.
Ümumiyyәtlә, fizioloji cәhәtdәn hәr şeyi әhatә etmәk
olar. Birlәşdirmәk, qovuşdurmaq hissi çox gözәldir, onu
oyadıb istiqamәtlәndirmәk, bütövlük hissinin verdiyi
üstünlükdәn faydalanmaq lazımdır. Aktyorun bütövlüyә
nail olması peşәkar vә bәnzәrsiz oyun demәkdir.

Çalışmanı iki dәfә ardıcıl tәkrar edin, sonra pauza
verin, növbәti dәfә bu hәrәkәti bütöv yerinә yetirin. Әgәr
bu hissi kifayәt qәdәr inkişaf etdirmisinizsә, tәrәf-müqa-
bilin oyununu anlamaq, hәr ikisini birlәşdirib bütövlük
yaratmaq sizin üçün çәtin olmayacaq. Bu, ritm, zaman vә
mahiyyәt hissinin yaranmasına güclü tәkan verәcәk,
peşәkar oyun nәticәsindә hәr şey öz yerini tutacaq.

Hazırlıq vә dәstәk

106

Çalışma

Oturun, qalxın, yerinizi dәyişin, әylәşin vә hәr iki
hәrәkәti bütöv kimi dәrk etmәyә çalışın. Bәzi şeylәr
düşüncәnizi qarışdıra bilәr, lakin bütün bunlara bütövlük
hissi ilә qalib gәlmәyә çalışın.
   101   102   103   104   105   106   107   108   109   110   111