Page 107 - Peşəkar aktyorluq dərsləri
P. 107
lışma

Hәmkarınızdan soruşun: “Saat neçәdir?” Cavab alma- Peşəkar aktyorluq dərsləri
sanız da, hәr ikinizdә bütövlük hissi yaranmalıdır. Bu
hissi hazırlıqsız vә dәstәk olmadan anlamaq mümkün
deyil. Amma rolu bütövlük hissi ilә oynayanda hәm sizә,
hәm dә tәrәf-müqabillәrә çox xoş vә rahat olacaq. Bu, elә
bir hissdir ki, onu әyani şәkildә göstәrә bilmirik, bütöv-
lüyü yalnız dәrk edә bilәrik – tamaşaçının da sәbirsizliklә
gözlәdiyi mәhz budur. İndi çalışmanı tәkrar edin, digәr
hәmkarınızdan saatı soruşun, lakin hәr ikiniz bu sual-ca-
vaba әvvәlcәdәn hazırlaşmalı vә bir-birinizin dәstәyini
hiss etmәlisiniz. Başlanğıc kimi bu, ümumi işә çox
faydalıdır.

Çalışmanın tәrzini dәyişәk. Әvvәlcә hazırlaşın, sonra:
“Saat neçәdir?” – deyә soruşun vә әminlik hissini büruzә
verin. İndi isә “gәlin gedәk” ifadәsini tәlәffüz edin vә ye-
nә dә әminlik hissini bildirin. Bütün bunları bütövlük
hissi ilә yerinә yetirin.

Ansambl, yaxud kontakt

Sәhnәdә tәrәf-müqabillәri ilә oyun zamanı bütövlük 107
hissi aktyora yeni imkanlar açır, әgәr digәr aktyorlar bu
hissi anlayıb, hamılıqla birlәşib bütövlük yaratmağa
çalışsalar, oyunçular arasında şәffaf әlaqә yaranar vә ak-
tyor ansamblı heyrәtamiz oyun, yüksәk peşәkarlıq nüma-
yiş etdirәr.

Çalışma

Yan-yana әylәşib dövrә qurun, amma çalışın bir-biri-
nizi görә bilәsiniz. Dövrә boyunca әylәşmiş aktyorlar
   102   103   104   105   106   107   108   109   110   111   112