Page 267 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 267
ldim, qarşıladı güllәr-çiçәklәr, Mÿmmÿd Araz
Gedirәm, әl edir boz biçәnәklәr.
Nidamı çaylara dedi külәklәr: 267
Bulan, salamat qal, ax, salamat qal!

Dağların pәlәngi, şiri dә sәnsәn,
Şairi dә sәnsәn, şeiri dә sәnsәn.
Varı, bәrәkәti, xeyri dә sәnsәn –
Çoban, salamat qal, sağ-salamat qal...

***

Ana yurdum, hәr daşına üz qoyum,
Hәr dәrәndә çaldığım saz yaşayır.
Kimi sәnin çiynindә,
sәn kiminin...
Şöhrәtini yaşadan az yaşayır.

Bu gileydәn qәlbim yaman xallanır:
Çox ünvanda qaçaq tәrif yallanır.
Bir ağılın budağından sallanıb,
Neçә-neçә ağlıdayaz yaşayır.

Gülüm, bir dә görüşünә yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx,
Hansı daşda su yansa,
O daş altda Mәmmәd Araz yaşayır.
   262   263   264   265   266   267   268   269   270   271   272