Page 264 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 264
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Bu mәsәlә qol çәkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gәlәn bir qәzadan
Öz başını yana әydi.
O qәza bir topa dönüb
Sәttarxanın tifaqına
yaman dәydi.
Mәndәn ötdü!..
Mәndәn ötdü!..
Sevincә bax, qeyrәtә bax!
Bunu yazan xilqәtә bax!
Mәndәn ötdü!..
Qulağımdan getmir bu sәs,
264 Zәrbәlәri qardaşına,
Sirdaşına ötürәn kәs,
Elә bil ki, bax bu gecә
Qulağımın dibindәcә
Xәtainin süqutuna
qәhqәh çәkdi.
Sonra, sonra
Sәhәrәcәn başına yüz qәdәh çәkdi.
O qәhqәhin dalğasından,
O mәstliyin baş fırladan
Havasından
qopan daşdı –
Azәrbaycan torpağında
Araz boyda şırım açdı.
Mәndәn ötdü…

Bunu dedi Şәki xanı,
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrabim xan,
Fәtәli xan, Kәlbәli xan…
Qәza ötsün mәndәn, – dedi,
Ötәn kimi “mәn-mәn” dedi:
“Mәn-mәn” dedi bir ölkәdә
nә qәdәr xan.
Onlar “mәn-mәn” deyәn yerdә
   259   260   261   262   263   264   265   266   267   268   269