Page 265 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 265
n olmadın, Azәrbaycan! Mÿmmÿd Araz
Sәni sәndәn alıb belә
Yüz illәrlә uyutdular. 265
Sәni sәndә әlәdilәr,
Sәni sәndә üyütdülәr.
Dibәk oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, әkiz qardaşmla –
Mәndәn ötdü deyәnlәrin qeyrәtindәn,
Namusunu yeyәnlәrin qeyrәtindәn!
Mәndәn ötdü…
Mәndәn ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdәn dünәnimә uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dәfn etdiyin mәsәlinin
Baş daşına
Bir tәәssüf xatirәsi yazıb, yondur:
Sәndәn ötәn mәnә dәydi,
Mәndәn ötәn sәnә dәydi.
Sәndәn, mәndәn ötәn zәrbә
Vәtәn, Vәtәn, sәnә dәydi.

Azәrbaycan – dünyam mәnim

Azәrbaycan – qayalarda bitәn bir çiçәk,
Azәrbaycan – çiçәklәrin içindә qaya.
Mәnim könlüm bu torpağı vәsf elәyәrәk,
Azәrbaycan dünyasından baxar dünyaya.

Azәrbaycan – mayası nur, qayәsi nur ki...
Hәr daşından alov dilli ox ola bilәr.
“Azәrbaycan!” deyilәndә ayağa dur ki,
Füzulinin ürәyinә toxuna bilәr.
   260   261   262   263   264   265   266   267   268   269   270