Page 263 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 263
ndәn ötdü, qardaşıma dәydi Mÿmmÿd Araz

Ey daşlaşan, torpaqlaşan, 263
ulu babam!
Bu günümdәn dünәnimә uzaqlaşan
ulu babam!
Külәklәşәn, dumanlaşan ruhumla sәn
Ayağa dur, sәninlәyәm!
Sәs getmәyәn,
әl yetmәyәn
Qәdim tarix dәrәsindәn
Sәs ver mәnim sәsimә sәn!
Sәnә gәlәn, sәndәn ötәn
Nәydi belә? –
Sәndәn ötüb qardaşına dәydi belә?
Bununlamı neçә dәfә
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şәhәrin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sәnin”, “mәnim” qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da?..
Sәninlәyәm, ulu babam!
Bu mәsәli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çәkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram.

Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Ey Xan Eyvaz,
Giziroğlu Mustafa bәy,
Әgәr ki, siz
   258   259   260   261   262   263   264   265   266   267   268