Page 261 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 261
әnimçin könüllü hәbs, könüllü qәfәs, Cabir Novruz
Hәm әzabım, hәm dә әsil әlacım oldu...
261
Pulsuz oldum, amma ruhsuz yaşamadım mәn,
Söz dövlәtim, söz ziynәtim, söz daşım oldu.
Ölüm ömür yoldaşımı aldı әlimdәn,
Poeziya mәnә ömür yoldaşı oldu...

Zalım, nankor zәmanәnin yaxşısı, pisi,
Aşkar hopdu, çökdü mәnim sәtirlәrimә.
Elә bil ki, vәcdә gәlib Tanrının özü,
Öz әlini çәkdi mәnim sәtirlәrimә...

Әsla bitib-tükәnmәdi söz әmanәtim,
Yollarıma gecә-gündüz o tutdu mәşәl.
Amma mәni duymadılar bu zamanәdә,
Yәqin, ayrı zamanәdә başa düşәrlәr...

Ürәklәrә toxum sәpdim vermәdi sәmәr,
Ha çağırdım yatan kütlә sanma ayıldı...
Söz sayıldı vecsiz, cәfәng sәrsәmlәmәlәr,
Köhnә, cındır ibarәlәr şeir sayıldı...

Nә qәdәr ki, ruh yaşayır, can var bәdәndә,
Dәyişmәzdir şeirim, fikrim, әqidәm, sәsim...
İstәmirәm bu dünyadan bir gün köçәndә,
Qara kütlә tabutumun dalınca gәlsin...

Başsız qoyun sürülәri dünyada nә çox,
Qoy iki-üç qanan adam ötürsün mәni...
Qoymazsınız, qoymazsınız balalarım, yox,
Çirkin әllәr tabutumu götürsün mәnim...

Gec-tez sona çatacaqdır ömür nağılım,
Gedәcәyәm bu dünyadan şeir dilimdә...
Gedәcәyәm әn birinci oğullarımın,
Bir dә, bir dә sözlәrimin çiyinlәrindә...
   256   257   258   259   260   261   262   263   264   265   266