Page 262 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 262
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mәmmәd Araz
(1933-2004)

262

Xalq şairi, Әməkdar mədəniyyət işçisi.
“Ulduz” jurnalının məsul katibi, “Әdəbiyyat və
incəsənət” qəzetinin baş redaktor müavini
vəzifələrində çalışıb. Uzun müddət Azərbaycan
Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik
edib. 1974-cü ildən ömrünün sonuna kimi
“Azərbaycan təbiəti” jurnalının baş redaktoru
işləyib. “Sevgi nəğməsi”, “Araz axır”, “Mən
səni taparam”, “Anamdan yadigar nəğmələr”,
“Ömür karvanı”, “Oxucuya məktub”, “Qaya-
lara yazılan səs”, “Yol ayrıcında söhbət” kimi
iyirmidən artıq şeir kitabının müəllifidir.
A.S.Puşkinin, M.Y.Lermontovun, Y.Yevtuşenko-
nun, M.Svetlovun əsərlərini dilimizə çevirib.
   257   258   259   260   261   262   263   264   265   266   267