Page 259 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 259
әn kimi yaxşılar da yaxşılaşır, Cabir Novruz
Yamanlar da yaxşılaşır...
Çirkinlәr dә tәmiz olur ölәn kimi... 259
Yadlar belә әziz olur ölәn kimi...
Xatirәlәr söylәyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq.

Bu gecikmiş xeyir-dua kimә gәrәk?
Bundan mәzar böyüyәcәk,
ya ölәnmi dirilәcәk?

Xoşum gәlmir
bu köhnәlmiş adәtlәrdәn,
xoşum gәlmir...
Bu sәrdaba sevgilәrdәn,
hörmәtlәrdәn xoşum gәlmir.
İstәmirәm vaxt-vәdәsiz şöhrәti mәn,
Bir an ömrü, milyon qızıl ölüm gәlә,
dәyişmәrәm...
Diri üçün iynә boyda hörmәti mәn
Ölü üçün min heykәlә dәyişmәrәm...
Düz demәsәm, onda mәni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymәt verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

Biz sәni dağ bilirdik

Biz sәni dağ bilirdik,
sәn heç tәpә deyilsәn.
Sәni ümman bilirdik,
sәn heç lәpә deyilsәn.
   254   255   256   257   258   259   260   261   262   263   264