Page 254 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 254
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Gözlәrim dünyanı min dәfә öpmüş,
Çәtinlik çәkәcәk әzrayıl, yәqin.
Gәnclik toxumunu hәr yana sәpmiş
Palıd ağacını mәhv etmәk çәtin.

Qalx ayağa, Azәrbaycan!

Sürünmüsәn iki әsr,

Övladların әsir-yesir,

Nә qәm, adın çәkilәndә

Yad hәlә dә zağ-zağ әsir?..

254 Gecә-gündüz sәngәrdәsәn,
Sәn yaralı, sәn yarımcan.

Ovamla sıx yaranı sәn,

Qalx ayağa, Azәrbaycan!

Sәn can dedin, çor dedilәr.
Haqqını basıb yedilәr.
Pak, müqәddәs torpağını
Parçalayıb çeynәdilәr.
O qurdlara sәn vermә can,
Qalx ayağa, Azәrbaycan!

Sәngәri gen, ürәyi dar
Gör nә qәdәr düşmәnin var.
Mini gizli, beşi aşkar
Dişi qanlı canavarlar
Әl çәkәcәk sәndәn haçan?
Qalx ayağa, Azәrbaycan!

Qaranlığın bağrında xal –
Od kürәsi necә tonqal.
Bәsdir hava uddun... indi
Alovlarla sәn nәfәs al.
Gecәlәrin lalәzarı
Odlar tәki qalxıb ucal!
Çınqılarmı, tüstülәrmi,
Ya özünsәn qanad açan?
   249   250   251   252   253   254   255   256   257   258   259