Page 270 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 270
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Azәrbaycan deyәndә

Vәtәn mәnim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azәrbaycan deyәndә.

Hәr ölkәyә, hәr elә,
Olsun hörmәt deyirәm,
Vәtәnimdir vәtәnim
İlk mәhәbbәt deyirәm.
Onun şöhrәt tacıdır
Şeir-sәnәt deyirәm,
Mәn Vәtәnә Füzuli,
270 Abbas Sәhhәt deyirәm.
Mәn Vәtәnә Sabiri
Doğan qeyrәt deyirәm.
Mәn Vәtәnә Üzeyir,
Müşfiq, Sәmәd deyirәm.
Günәş kimi müqәddәs
Bir hәqiqәt deyirәm
Azәrbaycan deyәndә.
Dünya mәni dinlәsin:
Diqqәt! Diqqәt! – deyirәm
Azәrbaycan deyәndә...
Dostdan sovqat, muştuluq,
Düşmәndәn bac alaram
Azәrbaycan deyәndә.
İşıq sütunu kimi
Sabaha ucalaram
Azәrbaycan deyәndә.

Körpülәri, sәdlәri
Sinәmlә parçalaram,
Sәrhәd mәftillәrindә
Bu kobud әllәrimlә
Bir muğamat çalaram
Azәrbaycan deyәndә.
Azәrbaycan! Bu nida
Qayaları silkәlәr,
Sal daşların köksündә
   265   266   267   268   269   270   271   272   273   274   275