Page 272 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 272
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mәn sәnә qardaşam, sәn mәnә bacı,
İlk eşqә tapmısan bir әlac indi.

Yanmasın, ulduzum tez yanıb sönsә,
Vәdәsiz şadlığı istәmәrәm mәn.
Özgәnin eşqinә göz dikmәkdәnsә,
Hәsrәtin qoynunda can verәrәm mәn.

Sevin, әzizlәyin, bir-birinizi,
Ayrılıq dilәsәm dilim lal olsun.
Qolboyun, mehriban görәndә sizi
Mәnim şair könlüm qoy xoşhal olsun.

Şirin söz eşitsәm dodağınızdan,
272 Bilin ki, sәdası ürәyimdәdir.

Gәlsә körpә sәsi otağınızdan,
Hәr xeyir-duası ürәyimdәdir.

Pozmaram bir evin birliyini mәn,
Görsәm ev yıxılır, gedib quraram.
Әl әldәn soyusa, ürәk ürәkdәn,
Sizi eşqinizә qovuşduraram.

Gәl nә peşiman ol, nә qәlbini sıx,
Çәtindir o günә qayıtmaq, çәtin.
Әvvәli sevincdir, sonu ayrılıq,
Taleyi gәtirmir ilk mәhәbbәtin.

Qoy bu ürәk sözüm getmәsin hәdәr:
Mәni sevirsәnsә ismәtini sev.
Mәn öz sevgilimi sevdiyim qәdәr,
Sәn dә öz әrini, qismәtini sev!

Biz ki, unutmuşduq ilk mәhәbbәti,
Ah, bu qәfil görüş kaş olmayaydi.
Mәnim gözlәrimdә eşqin hәsrәti,
Sәnin gözlәrindә yaş olmayaydı...
   267   268   269   270   271   272   273   274   275   276   277