Page 277 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 277
Fikrÿt Qoca

Babalarım 277

Biri qaçaq olub,
mәrd olub,
biri qoçaq olub,
mәrd olub
biri kasıb olub,
mәrd olub.
Bәs bu namәrdlәr hardandı?! –
bax bu mәnә dәrd olub.

Eynilik

Sәnin әlin qabar-qabar,
Mәnim ürәyim,
Onun beyni;
Hamımız
eyni cür fәhlәyik, qardaş,
Eyniyik, eyni.

Bir vaxt

Gәlәcәyik üz-üzә küçәlәrin birindә,
Sәnin üzündә qırış, mәnim saçlarımda dәn;
Bir soruşan da olmaz donub qalmışıq nәdәn.
Adamlar gәlir, gedir, kimi vәdә gözlәyir,
Gözlәyәnә nә var ki, lap küçәdә gözlәyir.

Bizim rәngimiz qaçar gözlәnilmәz görüşdәn.
Ayaqlar öz işindә, onlar bәnzәr zamana,
Çәkib aparar bizim hәrәmizi bir yana,
Sәnin üzündә qırış, mәnim saçlarımda dәn.
   272   273   274   275   276   277   278   279   280   281   282