Page 276 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 276
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mәcnunam desәm azdı,
Könül bu mәhәbbәtdәn
Divanәdi-dәlidi.
Xoşbәxtlikdәn uludu.
Mәnim bu әziz dәrdim.
Heyif bircә canım var,
Bu sevginin yolunda
Yüz min dәfә ölәrdim.

***

276 Gecә yaman uzundur
Gözümün işığına
hәr kirpik bir yük olur,
Gecә yaman uzundur.

Bәzәn bir ömürdәn dә
bir gecә böyük olur,

Gecә yaman uzundur.

Xәyallar şirin-şirin,
Xәyallar acı-acı,

Gecә yaman uzundur.

Qәlb vüsalın möhtacı,
Göz yuxunun möhtacı,

Gecә yaman uzundur.

İndi, yәqin, yuxuda
Xumar-xumar gülürsәn,

Eh... sәn hardan bilirsәn
Gecә yaman uzundur.
   271   272   273   274   275   276   277   278   279   280   281