Page 271 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 271
çәk bitәr, gül bitәr Tofiq Bayram
Azәrbaycan deyәndә.
271
Tәbim coşar, sel gәlәr,
Sanma şöhrәt pәrdәsi
Ürәyimi kölgәlәr
Azәrbaycan deyәndә.
Gözümdә doğmalaşar
Bütün xalqlar, ölkәlәr
Azәrbaycan deyәndә.

Görüş

Biz ki, unutmuşduq ilk mәhәbbәti,
Ah, bu qәfil görüş kaş olmayaydı!
Mәnim gözlәrimdә eşqin hәsrәti,
Sәnin gözlәrindә yaş olmayaydı!

Mәn dә bәxtiyaram, sәn dә bәxtiyar,
Bәs bu hәsrәt nәdir, bu mәlal nәdir?
Saxlama qoy gedim, gözlәyәnim var,
Gedimmi? Bir “hә” de, o sual nәdir?

Dayanma qarşımda günahkar kimi,
Mәn ki günahını bağışlamışam.
Hәlә qәlbigeniş adamlar kimi
Sәnin toyunu da alqışlamışam.

Bil ki sevgilimdәn sәnә salam var,
İstәsәn әrinlә qonaq gәl bizә.
Mәnim ciyәrparam bircә balam var,
Açar qapımızı әlbәәl sizә.

Niyә zillәmisәn gözlәrini sәn?
Mәnә әvvәlkitәk baxma, amandır!
Mәn ki әl çәkmişәm mәhәbbәtimdәn,
Qәlbimi odlara yaxma, amandır!

Peşiman olmağın nәdir әlacı?
Yüz fikir bir borcu ödәmәz indi.
   266   267   268   269   270   271   272   273   274   275   276