Page 281 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 281
südә su qatıb hәrә bir qaşıq, Musa Yaqub
Arını şәkәrә dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq, 281
O mәtah sәnindir, bu mәtah mәnim.

Söz sözә gәlәndә sәn nәfsi qıran,
Mәn dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sәnindir, bir tamah mәnim.

Görürük bu silah vurmur hәdәfә,
Vurmur, ha atırıq mininci dәfә.
Әlimiz dolaşıb düşüb kәlәfә,
Bu әl gah sәnindir, bu әl gah mәnim.

Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gәlmirik, qağa.
Sözü gülәşdirib, әhdi danmağa,
Bir vallah sәnindir, bir vallah mәnim.

Yamanca ustayıq hәr ehtiyatda,
Dostluq şirnisi dә dilimiz altda.
Amma yaman günә әlimiz altda
Bir silah sәnindir, bir silah mәnim.

Ömür tәsәllidi, ümid sabahdı,
İndi öz xeyrinә çoxu agahdı.
Hәrә dolanışa bir cür nigahdı,
Bir nigah sәnindir, bir nigah mәnim.

Orda bulanıq su hopur torpağa,
Burda üzә çıxıb dönür bulağa.
Hәlә ki vaxtımız var durulmağa,
Bir sabah sәnindir, bir sabah mәnim.
   276   277   278   279   280   281   282   283   284   285   286